“İQNA”-nın “Küveyt” rəsmi xəbər agentliyinə istinadla verdiyi məlumata görə, İsrail işğalçı hərbçilərinin Qüdsün Şeyx Cərrah məhəlləsində yerləşən fələstinli qaçqınlara yardım və məşğulluq agentliyi – UNRWA-nın qərargahına hücumundan sonra İƏT bu addımı sərt şəkildə qınayıb.
İƏT bəyanatında İsrail işğalçı hərbçilərinin UNRWA qərargahına hücumunu “BMT Nizamnaməsinin və onun müvafiq qətnamələrinin açıq şəkildə pozulması” adlandırıb.
Təşkilat bildirib: baş verənlər UNRWA ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi hüquqi qərarların ciddi şəkildə pozulmasıdır və İsrailin BMT-nin imtiyaz və toxunulmazlıqlar haqqında konvensiyasını ardıcıl şəkildə pozmasının davamıdır. Bu konvensiya UNRWA-nın qərargahlarının, əməkdaşlarının və obyektlərinin qorunmasını təmin edir.
İƏT bir daha beynəlxalq ictimaiyyəti bu təşkilatlanmış hərəkətlərin qarşısını almaq üçün dərhal tədbir görməyə çağırıb. Çünki bu addımların məqsədi UNRWA-nın missiyasını və həyati rolunu zəiflətməkdir.
Təşkilat vurğulayıb ki, bu cür hərəkətlər işğalçı rejimin Fələstinli qaçqınlar məsələsini və onların geri qayıtmaq hüququnu aradan qaldırmaq cəhdlərinin bir hissəsidir.
İƏT həmçinin UNRWA-nın fələstinli qaçqınlara xidmətlərinin davamlılığını təmin etmək üçün tam siyasi, hüquqi, maliyyə və humanitar dəstəyin göstərilməsini tələb edib.
4322000