IQNA

İngiltərə hökuməti müsəlmanlara düşmənçiliyin yeni tərifini qəbul etmək ərəfəsindədir

10:46 - December 20, 2025
Xəbər sayı: 3499434
İQNA – İngiltərə hökuməti, islamofobiyanı əhatə etməyən, müsəlmanlara düşmənçiliyin yeni tərifini qəbul etmək ərəfəsindədir.

“İQNA”-nın “Əl-Ərab fi Britaniya” saytına istinadən verdiyi xəbərə görə, hökumət hazırda “islamofobiya” terminini daxil etməyən bir tərif layihəsini müzakirə edir. 

Bəzi fəallar iddia ediblər ki, islamofobiya anlayışına dəstək vermək “dinin özünü tənqid etməyi çətinləşdirə bilər”. Lakin bu tərifi hazırlayan işçi qrupunun üzvləri bildiriblər ki, məqsəd hüquqi sərhədləri aşmadan fərdlərin müdafiəsinə yönəlməkdir. 

Bu işçi qrupu ötən fevral ayında hökumət tərəfindən yaradılıb və oktyabr ayında öz təklifini təqdim edib. 

Yeni tərif hüquqi baxımdan məcburi olmasa da, dövlət qurumlarına müsəlmanlara qarşı qəbuledilməz davranışların nədən ibarət olduğunu aydınlaşdırmaq, həmçinin nifrət motivli cinayətləri anlamaq və ölçməkdə kömək etmək üçün çərçivə təqdim edir. 

Layihəyə əsasən, anti-İslam hissləri o zaman cinayət hesab olunur ki, insanlar müsəlmanlara və ya dini, etnik mənsubiyyətinə və ya zahiri görkəminə görə müsəlman sayılan şəxslərə qarşı zorakılıq, əmlaka zərər, təqib və ya hər cür – fiziki, şifahi, yazılı və ya elektron – hədələmə törədir və ya buna təşviq edirlər. 

İngiltərə hökumətinin təqdim etdiyi işçi qrupu ötən həftə Mənzil Nazirliyinin təklif etdiyi düzəlişləri müzakirə etmək üçün toplaşıb. Müzakirə olunan mövzulardan biri, “nifrət” anlayışında “irqçilik” və ya “qrup irqçiliyi” terminindən istifadə məsələsi olub. 

Bu barədə işçi qrupunun üzvü Baroness Johar deyib: “Bu tərif, fərdlərin müdafiəsi ilə sui-istifadənin qarşısını almaq arasında düzgün tarazlıq yaradır və etiraf edir ki, müsəlmanlar çox vaxt yalnız inanclarına görə deyil, həm də zahiri görkəmlərinə, etnik mənsubiyyətlərinə və digər xüsusiyyətlərinə görə hədəf alınırlar.” 

İngiltərə Daxili İşlər Nazirliyinin statistikası göstərir ki, 2014-cü ildə müsəlmanlara qarşı dini motivli nifrət cinayətləri 19 faiz artıb və bu göstərici ötən yay Southport hücumları və iğtişaşlarından sonra əhəmiyyətli dərəcədə yüksəlib. 

Əmək Partiyası isə 2019-cu ildə əvvəlki Mühafizəkarlar hökumətinin islamofobiyanı “müsəlmanların ifadəsini və ya zahirini hədəf alan irqçilik forması” kimi tərif edən təklifini rədd etdikdən sonra, islamofobiyanın yeni tərifini təqdim edəcəyinə söz vermişdi.  

4323596

captcha