“İQNA”-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Gent Məsçidlər Assosiasiyası (VGM) bu gün, cümə axşamı bəyan edib ki, Belçika Dövlət Şurasından Şərqi Flandriya əyalətində məktəblərdə baş örtüyünün qadağan edilməsinin ləğvini tələb edəcək.
23 məscidi təmsil edən bu İslam təşkilatı bəyanatında bildirib ki, müsəlman müəllimlərin sorğuda iştirakı düzgün şəkildə həyata keçirilməyib və onların bəziləri nəticələrdən qorxduqları üçün öz real fikirlərini ifadə etməyiblər.
Assosiasiya vurğulayıb ki, ictimai mühit elə formalaşıb ki, müsəlman qadınlar “struktur şəkildə” öz kimliklərini azad və hörmətli formada ifadə etmək imkanından məhrum edilirlər. Qurum əlavə edib ki, bu qadağa ətrafında aparılan müzakirələrdə səslənən bəzi fikirlər “demokratik müzakirə çərçivələrinin narahatedici şəkildə dəyişdiyini” göstərir.
VGM xüsusilə Şərqi Flandriya əyalətinin birinci vitse-qubernatoru Kurt Moens-in çərşənbə günü Dövlət Şurasının iclasında “geniş müsəlman cəmiyyəti ilə məsləhətləşdiyini” deməsinə etiraz edib. Assosiasiya bildirib ki, bu qurumla heç bir məsləhətləşmə aparılmayıb.
Qrup həmçinin hicab qadağasının əleyhdarlarının radikalizmə meylli olması barədə iddiaları rədd edib və xəbərdarlıq edib ki, söz azadlığı getdikcə daha çox təzyiq altında qalır.
Çərşənbə günü Şərqi Flandriya əyalət hökuməti dövlət məktəblərində şagirdlər üçün hicabın qadağan edilməsini təsdiqləyib. Bu qərar 2026–2027-ci tədris ilindən etibarən qüvvəyə minəcək.
Avstriya isə bu qadağanı gender bərabərliyini təşviq edən addım kimi əsaslandırıb. Lakin 2020-ci ildə Konstitusiya Məhkəməsi 10 yaşdan kiçik qızlara tətbiq edilən oxşar məhdudiyyəti ləğv edib, çünki bu məhdudiyyət konkret olaraq müsəlmanları hədəf alırdı.
4323728