IQNA

Ustad Əbdülbasitin şəxsi əşyaları Misir Qariyələr Muzeyində

13:08 - December 21, 2025
Xəbər sayı: 3499441
İQNA – Ustad Əbdülbasit Əbdüssəmədin – Misir və İslam dünyasının tanınmış qarisinin – şəxsi əşyaları Misirin yeni inzibati paytaxtında açılan Qariyələr Muzeyində saxlanılır.

“İQNA”-nın “Darülhilal”-a istinadən verdiyi xəbərə görə, Misirdə ilk dəfə Qur’an qariyələri muzeyi 15 dekabr tarixində Misir mədəniyyət naziri Əhməd Fuad Hinu və ölkənin vəqflər naziri Usamə əl-Əzhəri-nin iştirakı ilə açılıb. Muzeydə ustad Əbdülbasitin şəxsi əşyaları, onun həyat yolunu və Qur’an xidmətlərini tanıdan lövhə ilə birlikdə nümayiş etdirilir. 

Muzeydə ustad Əbdülbasitin ailəsi ilə çəkilmiş foto çərçivələri, bir maqnitofon, əmmamə, bir neçə təsbeh, papaq, təqdir lövhələri və Qur’an nüsxəsi olan sandıq, həmçinin onun bioqrafiyası ilə yanaşı ictimaiyyətin ixtiyarına verilib. 

Bu muzey Misir tilavət sənətinin 11 məşhur qarisinin – Məhəmməd Rəfət, Əbdülfəttah Şəşai, Taha əl-Fəşni, Mustafa İsmayıl, Mahmud Xəlil əl-Hüsri, Məhəmməd Siddiq Minşavi, Əbul-Əynin Şueyşə, Mahmud Əli əl-Bənna, ustad Əbdülbasit Əbdüssəməd, Məhəmməd Mahmud Tiblavi və Əhməd ər-Ruzeyfi – geyimlərini, əmmamələrini və şəxsi əşyalarını da əhatə edir. Bu əşyaların əksəriyyəti onların ailələri tərəfindən muzeyə hədiyyə olunub. 

Mustafa İsmayılın nəvəsi Əla Hüseyni “Misriyyul-Yəvm” qəzetinə bildirib ki, ailə babasının bir sıra şəxsi əşyalarını muzeyə təqdim edib. Onların arasında təsbeh, əsə, saat, əmmamə, paltar, radio və qəzet parçaları ilə hazırlanmış lövhə var. Bu lövhə onun o dövrdəki Misir prezidenti Camal Əbdülnasir tərəfindən təqdir olunmasını və Qüdsə səfərində sabiq prezident Məhəmməd Ənvər Sadatla birlikdə iştirakını göstərir. 

Şeyx Məhəmməd Mahmud Tiblavinin qızı “Bərnəsə” də bildirib ki, Vəqflər Nazirliyi bir il əvvəl bu qariyin ailəsi ilə danışaraq onun əşyalarını toplamaq istəmişdi. Ailə isə Qur’anı, geyimlərini və şəxsi fotolarını muzeyə hədiyyə etməyə həvəslə razılıq verib. 

O əlavə edib: “Bu muzey çox gözəl bir təşəbbüsdür və artıq təkrar olunmayacaq bir sıra məşhur qariyələrin yadigarlarını bir araya gətirib.”

 

 

4323526

Teqlər: misir ، Əbdül-Basit ، qari ، muzey
captcha