“İQNA”-nın “əl-Qüdsə” istinadən verdiyi xəbərə görə, İsrailin “Makabi Tel-Əviv” futbol klubunun azarkeşləri yenidən ərəblərə və müsəlmanlara qarşı zorakılıq və irqçi şüarları ilə gündəmə gəliblər.
Bu çərçivədə UEFA Avropa Liqası oyununda Makabi Tel-Əvivin Almaniyanın “Ştutqart” klubu ilə qarşılaşması zamanı azarkeşlərin təhqiramiz şüarlarından sonra bu klubun azarkeşlərinə qarşı sanksiyalar tətbiq edib.
Sanksiyalar sionist rejimin klubuna 20 min avro məbləğində pul cəriməsi və azarkeşlərin bir oyunluq şərti stadiondan məhrum edilməsi ilə nəticələnib.
Bu qərar sosial media platformalarında geniş reaksiyalara səbəb olub və jurnalistlər, fəallar, siyasətçilər bu qərar və azarkeşlərin davranışları barədə müxtəlif fikirlər səsləndiriblər.
Jurnalist Mehdi Həsən mövzuya münasibətində UEFA-nı açıq şəkildə antisemitizmdə ittiham edib.
Jurnalist Ouen Cons isə Makabi Tel-Əviv azarkeşlərini sərt tənqid edərək, onların irqçi keçmişinin daha ağır cəzaları tələb etdiyini vurğulayıb.
O deyib: “Bunlar irqçi quldurlardır. İngiltərə hökuməti onlara Birmingem küçələrində gəzməyə icazə vermək istəyirdi, biz isə buna icazə vermədiyimiz üçün irqçi adlandırıldıq. Azarkeşlər daim belə şüar səsləndirirlər: Qəzzada məktəb yoxdur, çünki Qəzzada artıq uşaq yoxdur. Bu şüar onların qadağan olunması üçün kifayətdir.”
Başqa bir sosial media fəalı isə İngiltərə mediasını tənqid edərək bildirib: “Yadınızdadırmı, İngiltərə mediası yalnız bu azarkeşlərin İsrail klubunun tərəfdarı olduqlarına görə, birlikdə onları müdafiə etməyə qərar vermişdi?”
İngiltərə parlamentinin üzvü Əyyub Xan bu qalmaqalla bağlı deyib: “Buna baxmayaraq, biz hər iki palatada siyasətçilərin bu irqçi və zorakı Makabi azarkeşlərini müdafiə edən, hətta bu davranışların İngiltərənin bir çox klublarında da baş verdiyini söyləyərək onları adi göstərməyə çalışan utancverici açıqlamalarını eşitdik.”
Başqa bir sosial şəbəkə hesabında isə belə qeyd olunub: “Onlar Amsterdamda problem yaratdılar və hollandları günahlandırdılar; Yunanıstanda problem yaratdılar və yunanları günahlandırdılar; Aston Villa oyunundan məhrum edildilər və bu antisemitizm adlandırıldı; Almaniyada problem yaratdılar, indi isə cərimələniblər və azarkeşləri bir oyundan məhrum ediliblər. Ola bilsin ki, problem başqalarında deyil, məhz özlərindədir.”
4324048