IQNA

İngiltərədə Qurani-Kərimə hörmətsizlik

10:17 - December 27, 2025
Xəbər sayı: 3499478
İQNA – Naməlum bir şəxs İngiltərədə müsəlman bir ailənin evinin qarşısına hörmətsizlik edilmiş bir Quran nüsxəsi qoyub.

“İQNA”-nın “Cəsur Post” qəzetinə istinadla verdiyi xəbərə görə, İngiltərənin Birmingem şəhərindəki müşahidə kameraları naməlum bir şəxsin hörmətsizlik edilmiş Quran nüsxəsini “Sizin üçün hədiyyə” başlıqlı bir qeydlə birlikdə müsəlman ailəsinin evinin qarşısına atdığı anı qeydə alıb. 

Hadisə irqçi bir hərəkət və dini hisslərə təhqir kimi qiymətləndirilib. 

Müsəlman ailə Qurani-Kərimi evə gətirdikdən sonra onun içərisinə donuz əti qoyulduğunu və Peyğəmbər Əkrəmə (s) qarşı təhqiramiz ifadələrin yazıldığını aşkar edib. 

İslamofobiya hadisələrini sənədləşdirən və hesabat verən DOAM təşkilatının bildirdiyinə görə, bu hadisə ailə üzvlərində dərin şok, qəzəb və kədər yaradıb və onlar bunu dini inanclarına və insan ləyaqətlərinə birbaşa hücum kimi qiymətləndiriblər. 

Hadisə Birmingemin cənubundakı Akoks Qrin bölgəsində, Oulton küçəsinə yaxın ərazidə baş verib və evin ətrafındakı müşahidə kameralarında qeydə alınıb. 

Müsəlman ailə dərhal hadisəni İngiltərə polisinə xəbər verib və cinayəti törədən şəxsin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması üçün təcili araşdırma aparılmasını tələb edib. Bu, İngiltərədə müsəlmanlara qarşı nifrət cinayətləri və hücumların artması ilə bağlı narahatlıqlar fonunda baş verib. 

Hadisə İngiltərənin bəzi şəhərlərində qeydə alınan daha geniş nifrət cinayətləri çərçivəsində baş verir və insan haqları və ictimai təşkilatlar anti-İslam ritorikasının artması və güclənməsi barədə xəbərdarlıq edirlər. 

İngiltərə rəsmiləri nifrət cinayətləri ilə mübarizə aparmaq və müxtəlif dinlərə mənsub vətəndaşlar arasında ictimai həmrəyliyi qorumaq üçün daha sərt təhlükəsizlik tədbirləri və çəkindirici qanunların tətbiqini tələb edirlər. 

4325015

captcha