IQNA

Məkkə muzeyində vəqf Quranının qorunması

10:40 - December 28, 2025
Xəbər sayı: 3499485
İQNA – Məkkənin Həra mədəniyyət bölgəsində yerləşən Quran Muzeyi bir çox əsərlə yanaşı, mərhum Səudiyyə şahzadələrindən birinə aid olan vəqf Quran nüsxəsini də özündə saxlayır.

“İQNA”-nın “əl-Busula”ya istinadən verdiyi xəbərə görə, Məkkənin Həra mədəniyyət bölgəsindəki Quran Muzeyi nadir Quran əlyazmalarının qorunması və nümayişində öncül rolunu davam etdirir. 

Bu muzey mədəniyyət abidəsi kimi Quranın müsəlmanların qəlbindəki uca məqamını göstərir və tarix boyu vəhy kəlamına göstərilən diqqətin müxtəlif yollarını sənədləşdirir. 

Məkkə Quran Muzeyi öz müxtəlif əsərləri ilə Quran vəqflərinin dəyərini əks etdirir. Quran vəqfləri İslam sivilizasiyasının ən mühüm sahələrindən biri olaraq Quranın qorunması, yayılması, tilavətinin asanlaşdırılması və məscidlərdə, tədris mərkəzlərində Qurana xidmət edilməsində mühüm rol oynamışdır. 

Muzey həmçinin bu vəqf Quranlarından birini – mərhum Səudiyyə şahzadəsi Əbdüləziz ibn Məşəl ibn Əbdüləziz tərəfindən vəqf edilmiş 30 səhifəlik çap əlyazmasını da özündə saxlayır. Bu təşəbbüs Qurana xidmət və onun qorunması üçün xeyriyyəvi vəqf ənənəsini təcəssüm etdirir. 

Bu Qur’anın nümayişi muzeyin Quranın tarixini ziyarətçilərə tanıtmaq, fərdlərin və qurumların vəhy kəlamını qorumaq və ona xidmət etmək sahəsindəki səylərini göstərmək, Quran vəqflərinin dəyəri və onların mədəni-humanitar təsiri barədə maarifləndirməni gücləndirmək missiyasının bir hissəsidir. 

Muzey həmçinin Quranın Məkkədə – vəhyin nazil olduğu və müsəlmanların qibləsi olan məkanda – tarixi və mövqeyi ilə ziyarətçilərin əlaqəsini gücləndirən hərtərəfli mədəni və tədris təcrübəsi təqdim edir. 

Məkkə Quran Muzeyi Səudiyyə Ərəbistanının daxili və xarici ziyarətçilərini qəbul edir və müasir üslubda Quran tarixi barədə maarifləndirməni gücləndirməkdə mühüm rol oynayır. Onu ziyarət etmək həm tədris, həm də mənəvi bir təcrübə sayılır. 

4324845

captcha