IQNA

Hotmail-in qurucusundan Hindistanın Baş naziri barədə irqi ayrı-seçkilik xəbərdarlığı

8:27 - January 07, 2026
Xəbər sayı: 3499553
İQNA – Hotmail elektron poçt xidmətinin qurucusu Hindistanın baş naziri Narendra Modiyə bu ölkədə müsəlmanlara qarşı artan irqi ayrı-seçkiliklə bağlı xəbərdarlıq edib.

“İQNA”-nın “əl-Ümmət” qəzetinə istinadən verdiyi xəbərə görə, Hotmail elektron poçt xidmətinin həmtəsisçilərindən biri olan Sabir Bhatia Hindistanın baş naziri Narendra Modiyə açıq məktub yazaraq, bu ölkədə, xüsusilə müsəlmanlara, dalitlərə, xristianlara və Hindistanın şimal-şərq bölgəsinin sakinlərinə qarşı artan irqi ayrı-seçkilik və kimlik əsaslı zorakılıqdan dərin narahatlığını ifadə edib. 

Bhatia məktubunda Tripuradan olan 24 yaşlı MBA tələbəsi Ancel Chakma-nın Dehradunda irqi motivli qarşıdurmada öldürülməsinə işarə edib. 

O, bu hadisəni “Hindistanın ruhu üçün faciə” adlandıraraq vurğulayıb ki, Chakma yalnız fərqli görünüşünə görə həyatını itirdi. 

Bhatia məktubunda qeyd edib ki, Hindistanın şimal-şərq bölgəsinin sakinləri kimlik, tarix və hiss baxımından Hindistana tam bağlı olmalarına baxmayaraq, uzun müddətdir ki, irqi hücumlarla üzləşirlər. 

O, son aylarda azlıqlara qarşı zorakılığın artmasına diqqət çəkərək, Chakma-nın qətlini ölkədə daha dərin ictimai tarazsızlığın göstəricisi kimi təsvir edib. 

Bhatia həmçinin Hindistanın baş nazirindən irqi ayrı-seçkiliklə mübarizə üçün konkret tədbirlər görməyi tələb edib. Bunlara nifrət təbliğatı və kütləvi zorakılığı pisləyən milli bəyanatın verilməsi, eləcə də Chakma-nın qətli ilə bağlı şəffaf araşdırmanın aparılması daxildir. 

O, ölkə miqyasında milli birliyi təşviq etmək və Hindistanın müxtəliflik və qarşılıqlı hörmətə əsaslanan dəyərlərini dərinləşdirmək üçün maarifləndirmə proqramlarının həyata keçirilməsini də istəyib. 

Bhatia mesajının sonunda Hindistandan bu böhranla dürüstlük və cəsarətlə mübarizə aparmağı tələb edib və vurğulayıb ki, müxtəliflik, dünyada liderlik iddiası olan bir ölkədə zorakılıq üçün səbəb olmamalıdır. 

4327432

captcha