IQNA

Qəzzədə iki uşaq soyuqdan şəhid olub

13:02 - January 13, 2026
Xəbər sayı: 3499565
İQNA – Fələstin səhiyyə nazirliyi Qəzzə zolağında şiddətli soyuq nəticəsində iki uşağın şəhid olduğunu bildirib.

“İQNA”, Fələstin qaynaqlarına istinadən xəbər verir ki, sionist rejimin 2023-cü il oktyabr ayının 7-dən indiyə qədər etdiyi hücumların nəticəsində şəhid olanların sayı 71419 nəfərə çatıb.

Həmçinin 2023-cü il oktyabr ayının 7-dən indiyə qədər 171318 nəfər də yaralanıb.

Fələstin səhiyyə nazirliyi bildirib ki, Qəzzə zolağında keçən 24 saat ərzində 7 nəfər şəhid olub və 4 nəfər yaralanıb.

Bu nazirlik həmçinin bildirib ki, Qəzzə zolağında şiddətli soyuq nəticəsində bir 7 günlük körpə və 4 yaşlı uşağın şəhid olduğunu bildirib. Habelə qeyd olunub ki, qış fəsli başlayandan 6 uşaq şəhid olub.

4328320

captcha