IQNA

Hindistanda Müsəlmanlara Qarşı Nifrət Təbliğatında Görünməmiş Artım

17:01 - January 20, 2026
Xəbər sayı: 3499597
İQNA – Bir hesabata görə, keçən il Hindistan müsəlmanlara və xristianlara qarşı nifrət təbliğatında görünməmiş bir rekordun şahidi olub.

“İQNA”, “Əd-Diyar”-a istinadən xəbər verir ki, ingilis qəzeti İndependent tərəfindən dərc edilən bir hesabatda Hindistanın 2025-ci ildə müsəlmanlara və xristianlara qarşı nifrət təbliğatı və şiddətə təhrikdə görünməmiş bir artım yaşadığı qeyd edilib.

Qəzetin müxbiri Maruşa Müzəffər öz hesabatını Vaşinqtondakı Təşkilatlanmış Nifrət Təbliğatını Tədqiq Mərkəzinin hind qolu olan Hindistan Nifrət Təbliğatı Mərkəzinin son araşdırması əsasında hazırlayıb.

Araşdırmaya görə, bu nifrət təbliğatının güclənməsi keçən il Hindistan və Pakistan arasındakı hərbi gərginliklərlə bağlıdır, çünki dini azlıqlar narahatlıq dövrlərində asan hədəflərə çevrilir.

Hesabatda açıqlanıb ki, 2025-ci il Hindistanın hər yerində müsəlmanları və xristianları hədəf alan 1300-dən çox nifrət hədisəsi ilə nifrət təbliğatının həcmi və intensivliyi baxımından rekord qeydə alınıb.

Bu statistikalar, təxminən gündə dörd hadisə deməkdir və 2024-cü illə müqayisədə 13% artım və 2023-cü ildə qeydə alınan ədədin demək olar iki qatını təşkil edir ki, bu da narahatedici bir sürətlənməni göstərir.

Hesabata görə, qeydə alınan nitqlərin dörddə biri müsəlmanlara qarşı şiddətə açıq təhrik idi, 130-dan çox nitq isə bilavasitə silahdan istifadəyə çağırış idi ki, bu da heç bir maneə olmadan bu fenomenin təhlükəli şəkildə gücləndiyini göstərir.

Hesabat hökumətin və siyasi mühitin nifrət təbliğatını alovlandırmadakı rolunu vurğulayıb, belə ki, nifrət hadisələrinin təxminən 88%-i Baş nazir Narendra Modi rəhbərliyindəki Bharatiya Janata Partiyasının (BJP) hökmranlıq etdiyi ştatlarda baş verib.

266 hadisə ilə Uttar Pradesh siyahının başında yer alıb, onu Maharashtra (193 hadisə), Madhya Pradesh (172 hadisə), Uttarakhand (155 hadisə) və Dehli (76 hadisə) izləyib.

Hesabata görə, bu hadisələr əvvəlki illə müqayisədə 25% artımı əks etdirir. Əksinə, müxalifət partiyalarının idarə etdiyi ştatlarda 34% azalma müşahidə edilib və bu ştatlarda cəmi 154 hadisə qeydə alınıb.

270-dən çox nitqdə məscidlərin dağıdılması və ya sökülməsi tələb olunub, ən azı 120 nitqdə isə azlıqların iqtisadi və sosial boykotu tələb edilib. Maharashtra ştatı ən yüksək riskli nitq faizini qeydə alıb, onların təxminən 40%-i şiddətə açıq çağırış idi.

Hesabat göstərib ki, Vişva Hindu Parişad və Bajrang Dal kimi təşkilatlanmış hindu sağçı qrupları bu hadisələrin beşdə birdən çoxunda iştirak ediblər. Keşişlər və dini liderlər də 145 hadisədə, çox vaxt polisin iştirakı və ya mühafizəsi altında, iştirak ediblər.

Hesabata görə, nitqlərin 50%-i Hindistandakı ifrat sağçı qruplar tərəfindən təbliğ edilən və müsəlman azlığını Hindistanı ələ keçirməyə və onun demokratik və dini şəxsiyyətini dəyişdirməyə çalışan bir qüvvə kimi təsvir etməyə çalışan sui-qəsd nəzəriyyələrinə əsaslanırdı.

4329117

captcha