“İQNA”-nın “KMS News”-a istinadən verdiyi məlumata görə, Ümumhindistan Müsəlman Şəxsi Hüquqlar Şurası (AIMPLB), hakim Bharatiya Janata Partiyasını (BJP) anti-müsəlman təbliğatı institusionallaşdırmaqda ittiham etdi.
Təşkilat elan etdi ki, müsəlmanlara qarşı zəhərli təbliğat, nifrət təbliği və təxrikedici ifadələr Bharatiya Janata Partiyasının rəhbərləri üçün adi bir vəsiqəyə çevrilib.
Şuranın sözçüsü Səid Qasım Rəsul İlyas, kəskin tonlu bir bəyanatında BJP-yə bağlı Assam ştatının baş naziri Himanta Bisva Sarmanın son anti-islam ifadələrini pislədi və ölkənin Ali Məhkəməsindən bu məsələyə diqqət yetirməsini istədi.
O dedi: "Assam, Uttarakhand və Uttar Pradesh ştatlarının baş nazirləri dəfələrlə və aşkarcasına müsəlmanlara qarşı nifrət, qərəz və düşmənçilik ifadə ediblər."
Qasım Rəsul İlyas bu sualı qoydu: "Baş nazir vəzifəsini tutmazdan əvvəl ölkənin konstitusiyasına sadiq qalacağına and içən bir şəxs necə olur ki, təhqiredici ifadələr işlədə və müəyyən bir icmaya qarşı qanunsuz göstərişlər verə bilər?"
O həmçinin Hindistanın sekulyar siyasi partiyalarından və ədalətpərvər vətəndaşlardan, Bharatiya Janata Partiyası rəhbərlərinin nifrət təbliği kampaniyasına ciddi şəkildə diqqət yetirmələrini istədi.
Assamın baş naziri rəsmi bir proqramda çıxış edərək hindulara müsəlman icmasını təqib etməyi, onları çətinliyə salmağı və əyalətdən qovmağı tapşırdı.
O elan etdi ki, müsəlman icmasını təqib etmək və onları iqtisadi çətinliklərə sövq etmək bir "məsuliyyət"dir.
O həmçinin hindulardan, seçki siyahılarından beş yüz min müsəlmanın çıxarılması üçün 7 nömrəli formanı doldurmalarını istədi.
4331602