IQNA

İngiltərədə müsəlmanların yarısı özünü yad hiss edir

10:12 - February 16, 2026
Xəbər sayı: 3499756
İQNA – Bir sorğuya əsasən, İngiltərədə yaşayan müsəlmanların yarısı bu ölkədə qəbul olunmadıqlarını hiss edir.

“İQNA”-nın “Al-Arab fi Britaniya”ya istinadən verdiyi xəbərə görə, inteqrasiya o zaman baş verir ki, insan bir məkanın onu açıq qollarla qarşıladığını hiss etsin. Bu “açıq qucaq” hər zaman qanunlarda görünmür; o, kiçik detallara da sirayət edir: şübhəli bir baxış, soyuq bir sükut və ya fiziki olaraq mövcud olma, lakin mənəvi olaraq yoxluq hissi. İnsan münasibəti məhz bu iki anlayış – insan istiliyi kimi qucaq və daha dərin varoluş halı kimi inteqrasiya – arasında formalaşır. Birincisi yoxdursa, ikincisi sarsılır və aidiyyət hissi qətiyyətdən açıq bir sual işarəsinə çevrilir.

Bu kontekstdə İngiltərədə müsəlmanlarla bağlı aparılan yeni araşdırma aidiyyət hissinin narahatedici şəkildə zəiflədiyini göstərir. Tədqiqatın nəticələrinə görə, müsəlmanların yalnız yarısı İngiltərənin onları qucaqlayan bir ev olduğunu düşünür; halbuki islamofobiya və dini motivli nifrət cinayətlərinə dair qorxular artmaqdadır.

“Aidiyyət böhranı” adlı bu araşdırma son illərdə İngiltərədə müsəlmanların sosial-iqtisadi vəziyyətini araşdıran ən geniş tədqiqatlardan biridir. Hesabat göstərir ki, respondentlərin cəmi 51,9 faizi İngiltərəyə aidiyyət hiss etdiyini bildirib, 25,6 faizi xüsusi bir hiss yaşamadığını, 17,6 faizi isə heç bir aidiyyət hiss etmədiyini deyib.

Diqqətəlayiq məqam odur ki, bu nəticələr 2016-cı ildə Ipsos MORI tərəfindən aparılan sorğu ilə müqayisədə ciddi azalma göstərir. Həmin sorğuda müsəlmanların 93 faizi İngiltərəyə aidiyyət hiss etdiyini bildirmişdi.

Araşdırmanın bir hissəsində iştirakçılara anonim şəkildə şəxsi təcrübələrini bölüşmək imkanı verilib və nəticədə islamofobiyanın artmasına dair qorxu ümumi bir mövzu kimi ortaya çıxıb. Bəziləri artıq özlərini ictimaiyyət qarşısında müsəlman kimi təqdim etməkdə təhlükəsizlik hiss etmədiklərini deyib, digərləri isə sözlü və fiziki təcavüzlə üzləşdiklərini bildirib.

Bu sorğunun nəticələri o halda açıqlanır ki, müsəlmanlar İngiltərənin sosial toxumasının ayrılmaz bir hissəsidir və onların iqtisadi, sosial və mədəni töhfələri istisna deyil, əsas bir reallıqdır.

4334441

captcha