IQNA

Qəzzanın dağıntıları altından yüksələn “Quran ailəsi”nin bayrağı

0:34 - February 17, 2026
Xəbər sayı: 3499759
İQNA – Qəzzanın cənubundakı Zeytun məhəlləsinin dağıntıları altından və qaçqın çadırlarının içindən altı nəfərlik bir fələstinli ailə misilsiz bir səfərə başladı. Bu səfər çörək axtarışı deyildi, dağıdıcı müharibənin ortasında Qurani-Kərimin bütün ayələrini qəlblərinə və ruhlarına həkk etmək üçün zamanla yarış idi.

“İQNA”-nın “Fələstin əl-An”a istinadən verdiyi xəbərə görə, dəfələrlə didərgin düşmək və ağır çətinliklər bu ailəni Qurani-Kərimlə olan dərin bağlarından ayıra bilmədi. Onlar bir çadırdan digərinə, bir sığınacaqdan o birinə köçür, Quran nüsxələrini isə canları kimi qoruyub daşıyırdılar. Hər dəfə yeni bir yerə çatanda onların səsi Quran tilavəti ilə ucalır, partlayış səsləri isə Quran kəlmələrinin əzəməti qarşısında solğun bir fon kimi qalırdı.

Zeytun məhəlləsində yerləşən Salahəddin Əyyubi məscidinə bağlı olan bu ailə, Quranı əzbərləmək üçün adi məkanlarını itirsələr də, təslim olmadılar. Məscidin sakit halqaları əvəzinə onlar “çadır halqaları” yaratdılar; aclıq və sistematik qətliam gerçəkliyinə meydan oxuyan mənəvi bir möcüzə içində ailənin altı üzvü Qurani-Kərimin tamamını əzbərlədi.

Bu fələstinli ailə dünyaya səssiz bir mesaj göndərir: 

“Əgər düşmən minarələrimizi dağıtsa belə, qəlblərimiz elə məscidlərdir ki, onları heç kim dağıda bilməz.”

Onlar Qəzza əhalisinin sağ qalmaq uğrunda mübarizə apardığı bir vaxtda Quranı əzbərləməyi başa vuraraq “Quran ailəsi”nə çevrildilər və müharibə bitməmiş mənəvi qələbə bayrağını ucaltdılar.

 

عکس تزئینی است

4334318

Teqlər: qəzza zolağı ، quran ، ailə ، bayraq
captcha