Aşağıda həmin duyğu yazısının tərcüməsi gəlir:
“Seyid Əli Xamenei dünyadan köçdü! Xəbər mənə belə çatdı: qısa, yığcam və sarsıdıcı bir sadəliklə. Bu xəbəri mənə atam verdi; və bağışlayın, bir atanın uçub getməsi xəbərinin başqa bir atanın dilindən eşidilməsi nə qədər gözəl idi... Çünki mənim üçün söhbət elə bundan gedirdi: bir atadan.
Əvvəlcə bu xəbər içimdə boş bir otaqda səslənən soyuq bir əks-səda kimi idi, sanki sinəmin içindəki sakit və boş bir otaqda dolaşan bir səs. Amma sonra — bunu deməkdən utanmıram — bir dostun çiyninə sığınıb göz yaşlarıma hakim ola bilmədim, içdən gələn, qarşısıalınmaz bir sel kimi axan göz yaşları!
Bədəni titrədən hıçqırıqlar, doğum ağrıları kimi... Amma bu ağrının içində necə bir gözəllik gizlənmişdi! Çünki sən, ey Seyid Əli, mənim üçün bir ata idin!
Allah istədi ki, illər sonra sənin şirin təbəssümün və ağ saqqalının arasından mənə özünün mehriban, bağışlayan və hətta şad simasının nurunu göstərsin.
Sənin isti əllərin — o əllər ki, mənim əlimi yumşaqca tutmuşdu — hər zaman mənimlə idi: içimdə, qəlbimin meşələrində, qorxularımın və ümidlərimin labirintində. Nə vaxt qorxsam, əlin daha da möhkəm tutardı; nə vaxt sevinsəm, məni sevinc çöllərində qaçmağa buraxar, sonra yenə dəstəkləyən əlin çiynimə qoyulardı; kədərdə və çaşqınlıqda isə əlin başımın üstünə qoyular, məni gücləndirən bir sevgi bəxş edərdi.
Ruhum bilirdi ki, qəlbin gözünü uzaqlara dikəndə, sənin əlindən başlayan o yerdə, mütləq o parlaq gözlərin və o müdrik, çarəbilən dost siman görünəcək; o sima ki, sənin məşhur mehriban təbəssümünün içində möcüzə kimi açılırdı.
Sənin yanında özümü uşaq kimi hiss edirdim. Çünki ruhum belə idi və sən ona kamilləşməkdə kömək etdin; onu bir kişinin ruhuna çevirdin, amma yenə də o iki cənnət budağının — Həsən və Hüseynin — gənclik təravətini onda saxladın. Biz deyirik: O Allaha ki, gəncliyimi sevincə çevirir!
Çünki səndə hər şey gənc və təzə idi! Zərif və dərin, axşam pərdələrinin qırmızı çatlarından əsən yüngül meh kimi; sakit, yasəmən baharı kimi — sənin təbəssümün kimi. Ağ bir çiçək idin; qan və ölümün qoxulu tufanında belə ən gözəl nəğməni oxuya bilən bir çiçək. Solmayan bir çiçək; xarabalıqların arasından keçib çirkinliklərə belə gözəllik bəxş edən bir çiçək.
Sənə təşəkkür edirəm, ey Seyid: təbəssümlərin üçün təşəkkür edirəm; bizimlə sona qədər qaldığın üçün təşəkkür edirəm; öyrətdiklərin üçün, şirinliyinə, səbrinə, bizə verdiyin pənaha və qoyub getdiyin o xoş ətirə görə təşəkkür edirəm — elə bir ətir ki, heç bir ölüm qoxusu onu yox edə bilməz.
Mən içimdən qopan o ağrılı ağlamanı tanıdım: bu, hər bir şəhidin yeni doğuluşunu müşayiət edən ağlamadır... bir doğuluşun astanası. İnsan qəlbi — sevginin qaynağı — belə bir müqəddəs ağrı ilə titrəyəndə, bir feyz sandığına çevrilir... və oradan ağ bir çiçək boy atır: sənin ağ çiçəyin; Peyğəmbərin, pak imamların və bütün səmavi şəhidlərin göz yaşları ilə suvarılmış çiçək. Bu ağlama bir təmizlənmə suyudur və insanı sevgiliyə aparan yolu açır. Çünki Zəburda deyildiyi kimi: ‘Səhra çiçəklənəcək!’
Təşəkkür edirəm, ey Seyid Əli. Səni sevirəm!”
4338763