“İQNA”-nın “MAP News”-a istinadla verdiyi xəbərə görə, Ər-Rəşidiyyə Çoxşaxəli Tədqiqatlar Fakültəsi tərəfindən yerli Elmi Şura ilə birgə təşkil olunan bu mərasimdə bir sıra qari və mənəvi musiqi, ilahi sənəti üzrə ixtisaslaşmış qruplar ruhaniyyət və sakitlik dolu bir atmosferdə təqdir olunub.
Tədbirdə müxtəlif yaş qruplarından olan bir neçə hafiz və qari müxtəlif üslublarda tilavətlər təqdim edərək iştirakçıları heyran edib, onları ehtiram, təfəkkür və dərin ibadət anlarına qərq ediblər.
Həmçinin iştirakçılar ruhani və ilhamverici bir mühitdə Erfud şəhərinin “Əl-Əsalə” ilahi və mənəvi musiqi dərnəyi tərəfindən ifa olunan, Həzrət Məhəmmədin (s) mədhini əks etdirən ilahilər və şeirlərdən zövq alıblar.
Yerlı Elmi Şuranın sədri Həbib Əyyadi Mərakeş Ərəb Xəbər Agentliyinə müsahibəsində Qurani-Kərimin oxunmasının, öyrənilməsinin və onun göstərişlərinə əməl etməyin əhəmiyyətini vurğulayıb.
O bildirib ki, Qurani-Kərim İslamda tərbiyə və təzkiyənin mənbəyidir; çünki o, insanın mənəvi, əxlaqi və fiziki tərəflərinə təsir göstərir, ruhu pisliklərdən təmizləyir və qəlbi şəfa ilə doldurur.
Əyyadi əlavə edib ki, bu tədbir Kral VI Məhəmmədin Həzrət Məhəmmədin (s) mövludunun on beşinci əsrinə həsr olunmuş və Ali Alimlər Şurasına ünvanlanmış kral mesajının çərçivəsində keçirilir.
Təşkilatçılar vurğulayıblar ki, bu mərasimin əsas məqsədi gəncləri Qurani-Kərimi daha çox oxumağa və əzbərləməyə təşviq etmək, eyni zamanda mübarək Ramazan ayına xas olan mənəvi ənənələri yaşatmaqdır.
4340031