IQNA

Londondakı yəhudi icmasına məxsus təcili yardım maşınları yandırıldı

0:19 - March 26, 2026
Xəbər sayı: 3500011
İQNA – Londonda yəhudi təşkilatlarından birinə məxsus dörd təcili yardım maşını bazar ertəsi yandırılıb.

“İQNA”-nın “Russia Today”-ə istinadən verdiyi xəbərə görə, Britaniya polisi bildirib ki, yandırılan dörd avtomobil Londonun şimalında yerləşən “Hatzola” adlı yəhudi sosial təşkilatına məxsus olub.

Təhlükəsizlik qüvvələri bu hadisəni “antisemit cinayət” kimi qiymətləndiriblər.

2023-cü il 7 oktyabr hadisələrindən və İsrailin Qəzzadakı hücumlarından sonra dünya ictimaiyyətinin bu rejimə qarşı qəzəbi artıb və yəhudilərin təhlükəsizliyi dünyanın müxtəlif yerlərində pozulub.

Son zamanlar Niderlandın bir neçə şəhərində, o cümlədən Amsterdamda da yəhudilərə qarşı oxşar hadisələr baş verib. 23 martda Amsterdamdakı yəhudi məktəblərindən birində partlayış olub və şəhərin meri bunu “yəhudi icmasına qarşı qəsdən törədilmiş hücum” adlandırıb.

4342467 

captcha