“İQNA”-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, ABŞ–sionist hücumunun İrana qarşı dördüncü həftəsinə daxil olduğu bir vaxtda Papa Leo bildirib ki, Yaxın Şərqdə və digər müharibə və zorakılıq bölgələrindəki vəziyyəti ümidini itirərək izləyir.
O vurğulayıb: Biz bu qarşıdurmaların müdafiəsiz qurbanları olan çoxsaylı insanların əzabları qarşısında susa bilmərik. Onların çəkdiyi iztirab bütün bəşəriyyətə zərər vurur.
Papa Leo hər kəsi düşmənçiliklərin dayandırılması və sülhün bərqərar olması üçün dua etməyə çağırıb.
4342397