IQNA

Mossad İranla bağlı uğursuzluğa görə kəşfiyyat rəsmilərini işdən çıxarıb

11:40 - August 08, 2026
Xəbər sayı: 3500906
İQNA – İsrail rejiminin kəşfiyyat təşkilatı (Mossad) İranla bağlı əlaqələrdə uğursuzluqdan sonra öz şöbə müdirlərindən ikisini vəzifədən kənarlaşdırıb.

"İQNA"nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bu xəbəri İsrail rejiminin 12-ci kanalı yayıb və bildirib ki, bu iki kəşfiyyat rəsmisinin işdən çıxarılması qərarı Mossadın yeni rəhbərinin "İranda hakimiyyəti devirmək planının memarları öz uğursuzluqlarının nəticələrinə görə məsuliyyət daşımalıdırlar" baxışı və inamından qaynaqlanır.

İşğalçı Qüds rejiminin Baş Qərargahının keçən rəhbəri Qadi Ayzenkot da bu həftə İranla müharibəni mənasız, İran sistemində dəyişikliyi isə əlçatmaz adlandırıb.

İsrail mediası bundan əvvəl "Çəkməli pişik" kod adı altında məxfi və uğursuz bir planın yeni detallarını açıqlamışdı. Bildirilirdi ki, İsrailin kəşfiyyat təşkilatı (Mossad) bu ilin əvvəlində İran sistemini devirmək üçün bu planı hazırlamışdı.

İsrailin 13-cü televiziya kanalı xəbər vermişdi ki, bu planın oxunu İsrailin İran-İraq sərhədində, İranın Kürdüstan bölgəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mövqelərinə qarşı hərbi hücumları təşkil edirdi. Bu hücumların məqsədinin silahlı kürd qüvvələrinin İran ərazisinə daxil olması üçün yol açmaq və onların şimal-qərbdəki kürdlərin yaşadığı şəhərlərə doğru irəliləməsi olduğu bildirilmişdi.

4368399

captcha