IQNA

Səudiyyə Ərəbistanında keçirilən beynəlxalq Quran müsabiqəsində 133 ölkənin nümayəndələri yarışır

11:47 - August 08, 2026
Xəbər sayı: 3500908
İQNA – 46-cı “Kral Əbdüləziz” adına beynəlxalq Quranı hifz, qiraət və təfsir müsabiqəsinin ilkin mərhələsi dünən, avqustun 7-də 133 ölkədən 334 iştirakçının (qadın və kişi) iştirakı ilə Məkkədə başlayıb.

"İQNA"nın Səudiyyə Ərəbistanının "Minbər" qəzetinə istinadən verdiyi məlumata görə, 46-cı “Kral Əbdüləziz” adına beynəlxalq Quran müsabiqəsinin ilkin mərhələsi dünən Məkkədə start götürüb və bununla da bu gün, avqustun 8-də Məscidül-Həramda keçiriləcək final mərhələsinə yol açılıb.

Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İrşad Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu tədbirin ilkin mərhələsində münsiflər heyəti, ən yüksək dəqiqlik və şəffaflıq standartlarına riayət etməklə, həmçinin Quran qiraəti üslubları və qaydaları üzrə ixtisaslaşmış görkəmli beynəlxalq hakimlərin nəzarəti altında qadın və kişi iştirakçıların tilavətlərini dinləyərək finala kimlərin vəsiqə qazanacağını müəyyənləşdirib.

Müsabiqənin builki dövrü 133 ölkədən 334 iştirakçının (qadın və kişi) iştirakı ilə keçirilir. Onlar beş kateqoriya üzrə yarışırlar: Yeddi mütəvatir qiraət əsasında və "Şatibiyyə" üsulu ilə Quranın tam hifzi (qiraət və nəzəri biliklər, mükəmməl ifa və təcvid qaydalarına riayət etməklə); Mükəmməl ifa, təcvid və sözlərin təfsiri ilə Quranın tam hifzi; Mükəmməl ifa və təcvid qaydalarına riayət etməklə Quranın tam hifzi; Mükəmməl ifa və təcvid qaydalarına riayət etməklə Quranın 15 cüzünün ardıcıl hifzi və mükəmməl ifa və təcvid qaydalarına riayət etməklə Quranın 5 cüzünün ardıcıl hifzi.

Nazirlik bu qlobal Quran tədbirinin uğurunu təmin etmək üçün bütün imkanlarını səfərbər edib. Bu tədbirlərə elektron qiymətləndirmə sisteminin tətbiqi, iştirakçıların qiymətləndirilməsində ədalət və dəqiqliyi təmin etmək üçün hərtərəfli təşkilati platformanın yaradılması, habelə onlara müxtəlif xidmətlərin göstərilməsi daxildir.

“Kral Əbdüləziz” adına beynəlxalq Quran müsabiqəsi dünyada ən böyük Quran yarışlarından biri hesab olunur və onun ümumi pul mükafatı 10 milyon Səudiyyə rialından çoxdur.

4368541

captcha