“İQNA”-nın məlumatına görə, bir neçə gün əvvəl Misirin Əl‑Əzhər Universitetinə aid olduğu iddia edilən sosial şəbəkə səhifəsi bir bəyanat yayaraq İranın “əsassız hücumlarının davamı” adlandırdığı addımları – Fars körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrə, bəzi ərəb dövlətlərinə və müsəlman qonşulara qarşı hücumları – pisləmişdi. Bu bəyanatda Əl‑Əzhər ABŞ və sionist rejimin açıq təcavüzünə, həmçinin ərəb ölkələrinin torpaq, hava məkanı və imkanlarını İran İslam Respublikasına hücum üçün istifadəyə verməsinə heç bir işarə etmədən, İrandan dərhal bütün hərbi əməliyyatları dayandırmağı və ərəb ölkələrinin suverenliyinə hörmət etməyi tələb etmişdi.
Bu açıqlamalara cavab olaraq, Yəməndəki “Nun” Qurani Fondu İQNA-ya təqdim etdiyi bəyanatda belə deyir:
«يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ بِالْقِسْطِ شُهَدَاءَ لِلَّهِ» —
“Ey iman gətirənlər! Daim ədalətə qalxın və Allah üçün şahidlik edin.” (Nisa, 135)
Mətn belə davam edir: “Bu gün anlayışların qarışdığı, meyarların alt‑üst olduğu, həqiqətin ittiham edildiyi və müqavimətin cinayət kimi təqdim olunduğu bir zamanda, işləri öz düzgün nizamına qaytaracaq və reallığın parçalanmış, təhrif olunmuş təsvirinin yanlışlığını ifşa edəcək Qurani və doğru sözə ehtiyac duyulur”.
4343099