İQNA – İranı dəstəkləyən və ABŞ ilə sionist rejimin müharibətörədici siyasətlərini pisləyən beynəlxalq reaksiyaların davamı olaraq, Türkiyə xalqı İstanbulda küçələrə axışıb.

“İQNA”-nın “Anadolu” Agentliyinə istinadən verdiyi xəbərə görə, İstanbulda Türkiyə vətəndaşları Səadət Partiyasının Gənclər Qolunun çağırışı ilə İran və Müqavimət Cəbhəsinə dəstək məqsədilə etiraz aksiyası keçiriblər.
Bu aksiya “Biz sionist layihəyə qarşı İran, Livan və Fələstindəki qardaş və bacılarımızın yanındayıq” şüarı altında təşkil olunub.
4344498