“İQNA”, “Mübtəda”-ya istinadən xəbər verir ki, bu Quran nüsxəsi müsəlmanların əsrlər boyunca Quranın vəqfi, təzhibi və onun bədii cəhətlərinə göstərdiyi diqqəti əks etdirir və qara mürəkkəblə, bir neçə rəngdən istifadə olunaraq köçürülüb.
Bu Quranın mətnində tam hərəkə və ə'rab işarələri mövcuddur və ayələr arasındakı fasilələr qızılı dairələrlə göstərilib.
Səhifələrin daxilindəki rəngarəng çərçivələr, tilavəti asanlaşdırmaq üçün xüsusi cüz və hizb işarələri, eləcə də başlanğıc, orta və son hissələrdə yer alan incə bitki naxışlı təzhiblər İslam incəsənətinin inkişaf səviyyəsini nümayiş etdirən digər xüsusiyyətlərdəndir.
Qurani-Kərimin ilk səhifələrində görünən qızılı bulud və naxış motivləri, həmin dövrdə İslam kitabət sənətinin estetik və mədəni dəyərini əks etdirir.
Bu xətti Quranla bağlı məlumatda qeyd olunur ki, nüsxə öz bədii xüsusiyyətləri qorunmaqla bərpa işlərindən keçib. Nüsxənin sonunda Qurani-Kərimin bir məscidə vəqf edildiyi yazılıb, lakin zaman keçdikcə məscidin adı silinib.
Bu mushaf Kral Əbdüləziz Kitabxanasında saxlanılan tarixi əsərlərdən biridir və kitabxananın İslam irsinin qorunması və tədqiqatçılarla ziyarətçilərə təqdim olunması istiqamətindəki fəaliyyətləri çərçivəsində nümayiş etdirilir.
4344900