IQNA

Misirdə Quran hifz mərkəzləri üzrə ölkəmiqyaslı müsabiqələrin keçirilməsi

11:55 - April 13, 2026
Xəbər sayı: 3500139
İQNA – Misirin Vəqflər Nazirliyi Cizə əyalətinin “6 Oktyabr” şəhərində yerləşən Beynəlxalq Vəqflər Akademiyasında Qurani-Kərim hifz mərkəzlərində təhsil alan Quran tələbələri üçün dördüncü ölkəmiqyaslı Quran müsabiqəsinin keçiriləcəyini elan edib.

“İQNA”-nın “Sədyul-Bələd” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu müsabiqə Misir Vəqflər Nazirliyinin Qurani-Kərimin hifzinə və tilavətinə verdiyi əhəmiyyət, eləcə də vəhy kəlamının uca məqsədlərini və doğru məna anlayışını gücləndirmək istiqamətində təşkil olunur.

İştirakçılar 2026/04/20 tarixində – bazar ertəsi günü – Cizə əyalətinin 6 Oktyabr şəhərində yerləşən Beynəlxalq Vəqflər Akademiyasında bir araya gələcəklər və 2026/04/21 çərşənbə axşamı günü səhər saat 9-da yazılı mərhələ bu məkanda başlayacaq.

Bu müsabiqə Misir Vəqflər Nazirliyinin Qurani-Kərim istedadlarını aşkar etmək və onları dəstəkləmək, tilavətə və Quranın düzgün anlaşılmasına tam hakim olan seçkin hafizlər nəslini yetişdirmək, İslamın tolerantlıq mesajlarını yaymaq və dini-əxlaqi dəyərləri möhkəmləndirmək istiqamətindəki səylərinin bir hissəsidir.

Bu tədbir həmçinin Misir Vəqflər Nazirliyinin Quran hifz mərkəzlərinin rolunu gücləndirmək, Quran öyrəncilərinin elmi və bacarıq səviyyəsini yüksəltmək və cəmiyyətə xidmət göstərə biləcək layiqli Quran kadrlarının yetişdirilməsinə dəstək vermək proqramları çərçivəsində həyata keçirilir.

4345128

captcha