“İQNA”-nın “əl-Məsirə”yə istinadən verdiyi xəbərə görə, Yəmənin Ənsarullah hərəkatı bazar günü axşam bəyan edib ki, əgər ABŞ və sionist rejiminin İrana qarşı təcavüzləri yenidən başlayarsa, öz hərbi əməliyyatlarını ciddi şəkildə artıracaq.
Bu mövqe Yəmən hökumətinin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda ifadə olunub. Bəyanatda deyilir: “(Pakistanın paytaxtı) İslamabadda iranlı danışıqlar aparanın möhkəm duruşu İran İslam Respublikası və müqavimət cəbhəsi üçün yeni bir qələbə sayılır.”
“Rəy əl-Yəvm”in məlumatına görə, bəyanat əlavə edir: “ABŞ döyüş meydanında və hərbi qarşıdurmalarda əldə edə bilmədiyi nəticələri danışıqlar masasında diktə etməyə çalışırdı.”
Ənsarullah xəbərdarlıq edib: “ABŞ və İsrailin İran və müqavimət cəbhəsinə qarşı təcavüzləri bərpa olunarsa, Yəmənin mövqeyi fəal iştirak və hərbi əməliyyatların yüksələn xətt üzrə davam etdirilməsi şəklində sabit və dəyişməzdir.”
Bəyanatın davamında vurğulanır ki, ABŞ-ın regionda və ya dəniz qarşıdurmaları səviyyəsində hər hansı yeni gərginlik yaratması təchizat zəncirlərinə, enerji qiymətlərinə və bütövlükdə qlobal iqtisadiyyata ağır və mənfi təsir göstərəcək.
4346093