“İQNA”-nın məlumatına görə, Tramp sosial şəbəkə “X”dəki hesabında deyib: “Papa Leo cinayətkarlıq qarşısında zəifdir və xarici siyasətdə fəlakətli şəkildə davranır.”
O həmçinin iddia edib ki, papa “Tramp administrasiyasından qorxduğu üçün danışır”, lakin “koronavirus dövründə katolik kilsəsinin və digər bütün xristian təşkilatlarının yaşadığı qorxudan heç söz açmır”.
ABŞ prezidenti daha sonra bildirib ki, papanın qardaşı (Luis) ona özündən daha çox xoş gəlir və əlavə edib: “Mən elə bir papa istəmirəm ki, ABŞ-ın Venesuelaya hücumunu dəhşətli adlandırsın və ya bu səbəbdən ABŞ prezidentini tənqid etsin.”
Tramp həmçinin iddia edib ki, “Papa Leo heç vaxt papa olmaq üçün namizədlər siyahısında olmayıb” və əlavə edib: “O, yalnız amerikalı olduğuna görə kilsə tərəfindən seçildi və düşünürdülər ki, onun seçilməsi ABŞ prezidentinə qarşı durmağın ən yaxşı yoludur.”
ABŞ prezidenti sonda iddia edib: “Əgər mən Ağ Evdə olmasaydım, Papa Leo XIV də Vatikan’da olmazdı.” O əlavə edib: “Təəssüf ki, Leonun cinayətkarlıq və nüvə silahları qarşısında zəif olması mənim üçün qəbuledilməzdir.”
Dünya katoliklərinin lideri Papa Leo XIV bundan əvvəl İran müharibəsinə qarşı ən sərt mövqeyini ortaya qoyaraq ABŞ və sionist rejiminin İrana qarşı birgə hücumunu “mütləq güc xülyası”nın nəticəsi adlandırmış və sülhün bərqərar edilməsinə çağırmışdı.
Papa Leo XIV demişdi: “Eqoizm və pulpərəstlik yetər! Güc nümayişi kifayətdir! Müharibə kifayətdir!”
O, indiyədək ən sərt bəyanatında ABŞ və sionist rejiminin İrana qarşı müharibəsini alovlandıran “mütləq güc xülyası”nı pisləmiş və siyasi liderləri bu işi dayandırmağa və sülh üçün danışıqlara çağırmışdı.
Dünya katoliklərinin lideri İran və ABŞ arasında Pakistan’da danışıqların başladığı gün və eyni zamanda kövrək atəşkəsin qüvvəyə mindiyi vaxt “Müqəddəs Pyotr kilsəsi”ndə axşam duası mərasimi keçirmişdi.
Amerikada doğulan ilk papa kimi o, duasında nə ABŞ-ın, nə də Donald Trampın adını çəkmişdi, lakin görünürdü ki, onun üslubu və mesajı ABŞ-ın hərbi üstünlüyü ilə öyünən və müharibəni dini terminlərlə əsaslandıran Trampa və amerikalı rəsmilərə ünvanlanmışdı.
4346103