IQNA

Seneqalda Afrika ölkələri üçün Quran və Sünnə müsabiqələrinin keçirilməsi

8:39 - April 23, 2026
Xəbər sayı: 3500210
İQNA – Afrika ölkələrinə xüsusi həsr olunmuş ikinci illik Quran və Sünnə hifzi müsabiqəsi bu il 4–9 ordibehişt tarixlərində Seneqalda keçiriləcək.

“İQNA”-nın Səudiyyə Ərəbistanının “Əl-yəvm” qəzetinə istinadən verdiyi məlumata görə, Afrika ölkələri üçün ikinci illik Quran və Sünnə hifzi müsabiqəsi 1447-ci ilin zilqədə ayının 6-dan 11-nə qədər Seneqal Respublikasında təşkil olunacaq.

Bu müsabiqə Seneqaldakı Səudiyyə Ərəbistanı səfirliyinin dini attaşesi və bu ölkənin Vəqflər Baş İdarəsinin əməkdaşlığı ilə keçirilir. Məqsəd Afrikalı müsəlmanlar arasında Quran və Sünnənin hifzini təşviq etmək, onları Allahın kitabının mənaları üzərində düşünməyə həvəsləndirmək, İslami dəyərləri aşılamq, xeyir işlərdə sağlam rəqabət ruhunu gücləndirmək və orta yolçu İslami prinsiplərə bağlı bir nəslin yetişdirilməsidir.

Müsabiqədə 53 Afrika ölkəsindən 100 iştirakçı qatılacaq. Bu yarışma nəsillərin Quran və Sünnə ilə əlaqəsini möhkəmləndirmək, orta yolçuluq və balans dəyərlərini gücləndirmək, həmçinin Quran hifzi və əlaqəli elmlərdə istedadlı şəxsləri aşkara çıxarmaq üçün nümunəvi bir model kimi təqdim olunur.

Müsabiqənin bölmələri

1. Quran hifzi bölməsi

Bu bölmə dörd istiqaməti əhatə edir:

1. On qiraət üzrə Şatibiyyə və Durrə rəvayətlərinə əsasən bütün Quranın hifzi və gözəl tilavət 

2. Bütün Quranın hifzi, gözəl tilavət və düzgün təcvid, həmçinin son 10 cüzün təfsiri 

   – (Ənkəbut surəsinin 46-cı ayəsindən Nas surəsinin sonuna qədər) 

3. 10 cüzün hifzi, gözəl tilavət və düzgün təcvid 

4. 3 cüzün hifzi, gözəl qiraət və düzgün təcvid

2. Sünnə (Hədis) hifzi bölməsi

Bu bölmə üç alt qrupdan ibarətdir:

Birinci istiqamət

- “Muxtəsar Səhih Buxari”nin tam hifzi 

- Səhabənin həyatının təqdimatı (ad, künyə, xüsusiyyətlər, vəfat tarixi) 

- Onların fəzilətləri barədə bir hədisin qeyd edilməsi 

- Kitabın bablarının tanıdılması

İkinci istiqamət

- “Muxtəsər Səhih Buxari” kitabının əvvəlindən 1344-cü hədisə qədər hifzi 

- Səhabənin həyatının təqdimatı və onların fəzilətləri barədə bir hədis 

- Babların tanıdılması

Üçüncü istiqamət

- “Muxtəsər Səhih Buxari” kitabının əvvəlindən 670-ci hədisə qədər hifzi 

- Səhabənin həyatının təqdimatı və onların fəzilətləri barədə bir hədis 

- Babların tanıdılması

4347960

Teqlər: seneqal ، afrika ، quran ، müsabiqə ، sünnə
captcha