IQNA

İraq Milli Quran Elmləri Mərkəzinin rəhbəri:

“Əl‑Əfasi ətrafında yaranan media qalmaqalı onun ifratçı düşüncələrindən qaynaqlanır”

11:38 - April 28, 2026
Xəbər sayı: 3500240
İQNA – Rafi əl‑Əmiri, İraq Milli Quran Elmləri Mərkəzinin rəhbəri, Küveytin tanınmış qarisi və Böyük Məscidin imamı Mişari əl‑Əfasinin İran əleyhinə yayımladığı qalmaqallı videoya münasibət bildirərək dedi: “Amerikanın İrana hücumunu dəstəkləmək üçün Quran ayəsini təhrif etmək – əl‑Əfasinin ifratçı inanclarından və yetişdiyi mühitdən qaynaqlanır.”

Mişari əl‑Əfasi son günlərdə “Təbbət yədəyn İran vəl-li mə İran” adlı video yayımlayaraq, İslam Respublikasını və onunla həmrəy olanları hədəf alıb və bununla öz həqiqi simasını dünyaya göstərib.

O, videoda “Təbbət yədə Əbi Ləhəb” ayəsini təhrif edərək “İranın və İxvanul‑Musliminin əlləri qurusun” kimi şüarlar səsləndirib. Halbuki Gəzzədə sionist rejimin cinayətləri və Minabda günahsız qızların qətlə yetirilməsi barədə bir kəlmə belə deməyib. Əksinə, bəzi ərəb ölkələrinin hakimiyyət başında olan liderlərini tərifləyib.

Bu Küveytli qari, İslam dünyasında qazandığı şöhrətdən sui‑istifadə edərək, bəzi ərəb rejimlərinin əlində təbliğat alətinə çevrilib. O, bundan əvvəl də Donald Trampa “İran üçün cəhənnəm qapılarını açmağı” tövsiyə etmişdi.

Bu mövzu ilə bağlı IQNA, İraqın beynəlxalq qari və münsifi, Şiə Vəqfləri İdarəsinə bağlı Milli Quran Elmləri Mərkəzinin rəhbəri ustad Rafi əl‑Əmiri ilə müsahibə aparıb.

– IQNA: Əl‑Əfasinin son mövqeləri “Quran oxuyan, lakin Quran tərəfindən lənətlənənlər” hədisi ilə nə dərəcədə uyğun gəlir?

Bu hədis, kafir bir hökmdarla əlbir olub müsəlman bir ölkəyə hücum edən hər bir müsəlmana tam şəkildə aiddir. Quran bizi bundan çəkindirərək buyurur:

“Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri özünüzə dost və himayədar tutmayın… Kim onları dost tutarsa, o da onlardandır. Allah zalım tayfanı hidayət etməz.”  (Maidə, 51)

Əl‑Əfasi kimi şəxslərin mənfi və ifratçı düşüncələri İslam dünyasının geniş kütlələrinə ciddi təsir göstərmir; təsiri yalnız onun kimi düşünən dar çevrələrdədir.

– IQNA: Qurani fəaliyyətlə məşğul olanların bu azğınlığa qarşı vəzifəsi nədir?

Hər kəs bu Küveytli qarinin dediklərinə qarşı etirazını bildirməli və bu mövqeni qəti şəkildə pisləməlidir.

– IQNA: Onun tilavətlərinin radio, televiziya və sosial şəbəkələrdən silinməsi ilə razısınızmı?

Tamamilə razıyam və bunu alqışlayıram. Lakin bütün kanallarda bunu tətbiq etmək mümkün deyil, çünki bəzi kanallar onu dəstəkləyir və təşviq edir.

– IQNA: Səsi ilə məşhur olan bir qari niyə belə mövqelər tutur?

Bu, onun içindən qaynaqlanan ifratçı ideoloji düşüncəsinin nəticəsidir. O, belə bir mühitdə böyüyüb və həmin düşüncə tərzində formalaşıb.

– IQNA: İraqda xalq və Qurani fəaliyyətlə məşğul olanlar arasında bu mövqe necə qarşılanıb?

Əminliklə deyə bilərəm ki, İraqın əksər qariləri və Qurani fəalları bu mövqeyi qəti şəkildə qəbul etmir, çünki onun keçmişini və dini baxışlarını yaxşı tanıyırlar.

– IQNA: Quran maarifindən düzgün faydalanmaq və bu cür azğınlıqların qarşısını almaq üçün nə edilməlidir?

Quran maarifindən maksimum şəkildə istifadə edilməli, düşmənçiliyin səbəbləri və məqsədləri düzgün tanınmalıdır. 

Həmçinin İslam ölkələrini zəiflətmək, sərvətlərini talamaq və onların imkanlarına hakim olmaq məqsədi daşıyan kafir layihələrini yaxşı tanımaq lazımdır.

4348723

Teqlər: İraq ، quran ، iran ، media ، ifrat düşüncə
captcha