“İQNA”-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, Həcc pasport qüvvələrinin komandanı briqada generalı Saleh əl‑Murabba mətbuat konfransında bildirib:
- İndiyədək xaricdən 1.5 milyondan çox zəvvar ölkəyə daxil olub;
- Onlardan 1.4 milyondan çoxu hava yolu ilə,
- Təxminən 45 min nəfər quru sərhədlərindən,
- Təxminən 6 min nəfər isə dəniz yolu ilə gəlib.
O əlavə edib ki, zəvvarların Səudiyyə Ərəbistanına giriş müddəti artıq sona yaxınlaşır.
Səudiyyə Ərəbistanının Statistika İdarəsinin məlumatına görə, ötən il – 2025‑ci ilin Həcc mövsümündə – ölkə daxilindən və xaricindən olan zəvvarların ümumi sayı 1 673 230 nəfər olmuşdu.
Həcc mövsümü Zilhiccə ayının 8‑i – mayın 25‑i, bazar ertəsi – başlayır və mərasimlər 6 gün davam edərək Zilhiccə ayının 13‑də (mayın 30‑u) başa çatır. Həcc mərasiminə aşağıdakılar daxildir:
- Ərəfatda dayanmaq
- Müzdəlifədə gecələmək
- Cəməratın daşlanması
- Təvafi ifazə
- Vida təvafı
4353701