IQNA

İtaliyalı zəvvar və azanın məlahətli səsi ilə müsəlman olma təcrübəsi

10:31 - May 27, 2026
Xəbər sayı: 3500415
İQNA – Məhəmməd Luka – Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gəlmiş italiyalı zəvvar – gənclik illərində televiziyadan yayımlanan azan səsinin təsiri ilə İslama gəliş hekayəsini danışıb.

“İQNA”-nın Səudiyyə Ərəbistanının “Əkaz” qəzetinə istinadən verdiyi xəbərə görə, Luka bildirib ki, ilk dəfə 12 yaşında azanın səsini eşidəndə onun daşıdığı mənəviyyat və sakitlik ona dərin təsir göstərib. Bu hadisə onu İslam haqqında araşdırmağa, onun təlimləri barədə daha çox məlumat toplamağa sövq edib.

İtaliyalı zəvvar deyib: “İslamı kəşf etmək və anlamaq prosesi illərlə davam etdi və nəhayət, qəti inamla İslamı qəbul etməyimlə nəticələndi. İslamda tapdığım sakitlik həyatımı dəyişdirən bu qərarın əsas səbəbi oldu.”

O, Səudiyyə Ərəbistanının Həcc zəvvarlarına göstərdiyi xidmətləri yüksək qiymətləndirərək bildirib: “Xadimül-Hərəmeyn əş-Şərifeyn qonaq proqramı çərçivəsində Həcci yerinə yetirmək mənim üçün ən dərin mənəvi təcrübələrdən biri oldu. Geniş xidmətlər və yaxşı təşkil olunmuş proqram zəvvarlara təhlükəsizlik, rahatlıq və mənəviyyat dolu bir mühit yaradıb.”

15 illik İslam təbliği ilə bağlı danışan konqolu zəvvar

Digər zəvvar – Konqo Respublikasından gəlmiş Məhəmməd Ndzə – deyib ki, illərlə apardığı təbliğat və İslamı öyrətməkdə göstərdiyi səbrdən sonra bu il Həcc, Ümrə və Ziyarət üçün Xadimül-Hərəmeyn əş-Şərifeyn qonaq proqramına seçiləcəyini gözləmirdi. Bu proqram Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İrşad Nazirliyi tərəfindən həyata keçirilir.

Ndzə bildirib ki, 15 ildən çoxdur öz cəmiyyətində insanları İslama dəvət edir və Mədinə İslam Universitetində aldığı dini elmlərdən faydalanaraq ölkəsinə qayıdıb, İslamın mülayim və hikmətə əsaslanan dəyərlərini yaymaqda davam edib.

Konqolu zəvvar vurğulayıb:  “İslama dəvət səbir və gözəl əxlaq tələb edir. Gözəl nümunə olmaq və yüksək əxlaq nümayiş etdirmək İslamı tanıtmağın və onun anlayışlarını insanların qəlbində möhkəmləndirməyin ən təsirli vasitələrindəndir.”

Hacı Məhəmməd Səudiyyə Ərəbistanına Həcc xidmətlərinə görə təşəkkür edərək deyib ki, müasir və inkişaf etmiş texnologiyalardan istifadə zəvvarların hərəkətini asanlaşdırıb və onların ibadətlərini rahatlıqla yerinə yetirməsinə imkan yaradıb.

4354097

Teqlər: zəvvar ، italiya ، müsəlman ، həcc
captcha