“İQNA”-nın “Sədyul-Bələd”-ə istinadən verdiyi xəbərə görə, imtahanlar 2026-cı il 8–18 iyun tarixlərində keçiriləcək. Misir Vəqflər Nazirliyi bütün idarələrinə təcili göstəriş göndərərək, adları elan olunmuş siyahılarda yer alan şəxslərə məlumat verilməsini və onların saat 10:00-da bu ilki müsabiqənin mərkəzləşdirilmiş yazılı mərhələsində iştirak etmək üçün Abbasiya bölgəsindəki ən-Nur məscidinə müraciət etmələrini tapşırıb.
Nazirlik namizədlər üçün bir sıra ciddi meyar və qaydalar müəyyən edib və iştirakçıların yaşı 25-dən çox olmamalıdır.
Həmçinin namizədlər bu beynəlxalq müsabiqənin əvvəlki heç bir dövrəsində yüksək dərəcələrdən heç birini əldə etməmiş olmalıdırlar.
Altıncı kateqoriya — “Quran ailəsi” bölməsində iştirak edənlər Qurani-Kərimin tamamını Həfsin-Asimdən, Vərşin-Nafidən nəql etdiyi qiraətə və ya hər iki qiraət üzrə əzbər bilməlidirlər. Onlar həmçinin ayələrin mənalarını dərindən anlamağa, Quranın məqsəd və məfhumlarına yüksək səviyyədə bələd olmağa malik olmalıdırlar.
Bu bölmə tələb edir ki, ailədə Qurani-Kərimi tam əzbər bilən şəxslərin sayı ən azı üç nəfər olsun və həmin ailə əvvəlki dövrlərdə heç bir yüksək dərəcə qazanmamış olsun. Quran elmləri üzrə imtahanın əsas mənbəyi İmam Bədrəddin Zərkəşinin “əl-Burhan fi Ulumil-Quran” əsəri olacaq.
Misir Vəqflər Nazirliyi vurğulayıb ki, müsabiqənin bütün bölmələri qadın və kişilər üçün açıqdır, şərt odur ki, iştirakçı daha əvvəl heç bir bölmədə yüksək mükafat qazanmamış olsun.
Nazirlik elanında bildirib ki, müsabiqənin istənilən mərhələsində tələblərə cavab vermədiyi müəyyən edilən hər bir iştirakçı yarışmadan kənarlaşdırılacaq.
4352008