IQNA

Kərbəla beşinci Quran müsabiqəsinin hakimlərinin adları açıqlandı

11:12 - June 04, 2026
Xəbər sayı: 3500476
İQNA – Kərbəla Quran müsabiqəsinin hakimlərinin adları açıqlanıb, bu tədbirdə 16 hakim arasında İrandan dörd ustad iştirak edir.

“İQNA”-nın məlumatına görə, Ətəbə Hüseyninin Quran evi tərəfindən keçirilən beşinci Kərbəla Quran müsabiqəsinin hakimlər heyətinin adları açıqlanıb.

Buna əsasən, bu müsabiqədə ümumilikdə 16 hakim iştirak edir ki, onlardan dörd nəfəri İranın ustadlarıdır. Hakimlər heyətinin sədri isə İraqdan Şeyx Xeyrəddin əl-Hadidir.

Höccətül-İslam vəl-Müslimin Məhəmməd Hacı Əbülqasim, Mehdi Qaraşeyxlu, Heydər (Fəllah) Kəsmai və Qasim Müqəddəmi bu müsabiqənin dörd İranlı hakimidir.

Səmi əl-Üsmanə (İordaniya), Əbdülfəttah Taruti (Misir), Təlal Abdullah Müsmar (Livan), Şeyx Müzzər əs-Səhhaf (İraq), Məhəmməd Xəlifə Kitutu (Tanzaniya), Əbdülqadir Dərəvuzi (Suriya), Süleyman əl-Müxəməri (Oman), Seyid Həsənin əl-Həllu, Yəhya əs-Səhhaf, Şeyx Ətid Kamil ər-Rəzəvi və Hafiz Əli Hadi əl-Müsələmayi (hamısı İraqdan) müsabiqənin digər hakimləridir.

Hürmüzgandan Yusif Cəfərzadə və Xorasani-Rəzəvidən Ümid Hüseyninəjad tərtil qiraəti ixtisası üzrə, Mazandarandan Məhəmməd Layini və Yəzddən Əmirhüseyn Əttarzadə isə tam Quran hifzi ixtisası üzrə İranı təmsil edərək bu yarışlarda iştirak edirlər.

 

اعلام اسامی داوران مسابقات قرآن جایزه بزرگ کربلا + عکس

4355314

Teqlər: İraq ، kərbəla ، quran ، müsabiqə
captcha