IQNA

Nəcəfi Əşrəfdə İmam Əli (ə) hərəminin xəzinəsinin əlyazma və Quran nüsxələrinin sərgisi

10:44 - June 07, 2026
Xəbər sayı: 3500493
İQNA – İmam Əli (ə) hərəminin xəzinəsinin qiymətli və tarixi əsərləri, habelə əlyazma və Quran nüsxələri Nəcəfi Əşrəfdə keçirilən 15-ci "Qədir" həftəsi proqramları çərçivəsində nümayiş etdirilib.

“İQNA”-nın Həzrət Əli (ə) adına müqəddəs ziyarətgahın saytına istinadən verdiyi məlumata görə, bu sərgidə qiymətli əsərlər, əlyazmalar, qədim Quranlar və tarixi sənədlərdən ibarət dəyərli bir kolleksiya Həzrət Fatimə (s.ə) həyəti daxilindəki Həzrət Aminə (ə) zalında nümayiş etdirilir.

Sərgi elm və mədəniyyət sahəsində qiymətli irs hesab olunan əlyazma Quran nümunələrini və tarixi sənədləri əhatə edir.

İmam Əli (ə) hərəminin xəzinəsi İraqın və İslam dünyasının ən qədim və məşhur kitabxana və xəzinələrindən biri hesab olunur və bu dəfəki dövrdə əsərlər əvvəlki sərgilərdən fərqli bir üslubda təqdim edilib.

Həmçinin minillik Quranların (yəni yazılmasından min ildən çox vaxt keçən əsərlər) mühüm nüsxələri geniş ictimaiyyətə təqdim edilib ki, onlardan bəziləri ilk dəfədir nümayiş olunur.

Bu sərgidə İmam Əli (ə) hərəminin xəzinəsində qorunan Quran və əlyazma nüsxələrindən nümunələr də təqdim olunub.

Həzrət Əli (ə) adına müqəddəs ziyarətgahın İntellektual və Mədəniyyət İşləri şöbəsinin təşəbbüsü ilə keçirilən bu sərgi Zilhəccə ayının 16-dan 21-dək (iyunun 2-dən 7-dək) davam edəcək. Sərginin məqsədi bu mübarək münasibətdə xalqın iştirakını gücləndirmək, Əmirəl-mömininə (ə) qarşı beyət və vilayət mədəniyyətini təbliğ etmək, Qədir-Xum mesajını qəlblərdə və düşüncələrdə diri saxlamaqdır.

İmam Əli (ə) hərəminin xəzinəsinin qiymətli əsərlər və əlyazma nüsxələri sərgisi mədəni və tarixi irsə maraq göstərənlər üçün elmi və tarixi əsərlərdən ibarət misilsiz xəzinə ilə yaxından tanış olmaq üçün qiymətli bir fürsət yaradır.

4355946

captcha