IQNA

Misirli ata və oğul İraqın "əl-Əmid" Quran müsabiqəsinin qalibləri oldular

12:25 - June 17, 2026
Xəbər sayı: 3500558
İQNA – İraqın beynəlxalq "əl-Əmid" Quran mükafatı müsabiqəsində iştirak edərək yüksək yer tutan misirli ata və oğul, "əl-Həyat" peyk telekanalının verilişində bu uğurlarından danışıblar.

“İQNA”-nın "əl-Təvasul"a istinadən verdiyi məlumata görə, misirli teleaparıcı və media fəalı Əmr əl-Leysi, şeyx İzzət Rəşid və oğlu əs-Seyidin qazandıqları şərəfli uğurdan sonra, onları "əl-Həyat" peyk kanalının "Xalqdan biri" (Vahid minən-nas) verilişində qonaq edib.

Verilişdə ata və oğul Quranın gözəl bir tilavətini təqdim ediblər ki, bu da tamaşaçıların böyük marağına səbəb olub. Onların tilavətinin gözəl səsi və mənəviyyatı, ata ilə oğul arasında Quranla ünsiyyət yolunda olan dərin bağın göstəricisi idi.

12 yaşlı əs-Seyid Quranın 20 cüzünü əzbərlədiyini bildirib və İraqın "əl-Əmid" beynəlxalq Quran müsabiqəsindəki qələbəsindən sonra "dünya qarilərinin qabaqcılı" titulunu almağı özü üçün bir qürur və fəxarət mənbəyi adlandırıb.

O əlavə edib: "Mən bu titulu aldığıma görə çox şadam. Qalib gəldikdən sonra dediyim ilk söz ölkəmin - Misirin adı oldu və bu, məni hər şeydən çox sevindirdi."

Bu yeniyetmə misirli qari, bu titulu ilk dəfə aldığını bildirib.

Şeyx İzzət Rəşid də izah edib ki, keçən il müsabiqənin böyüklər bölməsində özü, bu il isə oğlu yeniyetmələr bölməsində iştirak edib. O, onların birgə qələbəsinin ailələri və bütün Misir xalqı üçün qürurverici bir an olduğunu vurğulayıb.

İzzət Rəşid deyib: "Allaha şükür, biz ilahi lütfə nail olmuşuq. Keçən il mən, bu il isə oğlum qalib gəldi və bu, Allah tərəfindən verilən böyük bir nemətdir."

Tamaşaçılar üzərində dərin təsir bağışlayan və onların təqdirini qazanan bu veriliş, Quran hafizlərinin iki nəsli arasında keçirilən bir Quran müsabiqəsini əks etdirir, həmçinin zəhmətkeşliyin və Allahın kitabına olan sevginin aşılanmasının dəyərini nümayiş etdirir.

"əl-Əmid" beynəlxalq Quran müsabiqəsi Həzrət Abbas (ə) ziyarətgahının Quran Elmləri Məclisinin himayəsi ilə keçirilir. Bu il Ramazan ayında Kərbəla şəhəri ərəb və qeyri-ərəb ölkələrindən olan qarilərin iştirakı ilə bu yarışların üçüncü dövrəsinə ev sahibliyi edib.

4358362

captcha