İQNA-nın İranın Tanzaniyadakı Mədəniyyət Müşavirliyinə istinadən verdiyi xəbərə görə, yaşlı qadınlar arasında 17-ci Quran tilavəti və hifzi müsabiqəsinin final mərhələsi "Aişə Səroro Fondu" tərəfindən təşkil olunub.
Dər-əs-Salamın Çanqumbe bölgəsindəki "DYCC" böyük zalında keçirilən bu müsabiqədə Dər-əs-Salamın müxtəlif yerlərindən 250 nəfər iştirak edib, onlardan 50 nəfəri final mərhələsinə vəsiqə qazanıb. İştirakçılar iyunun 14-ü, bazar günü səhər saat 8-dən 13-dək yarışaraq öz bacarıqlarını nümayiş etdiriblər və sonda qaliblərə mükafatlar təqdim olunub.
Tədbirin xüsusi qonağı Zənzibar Prezident Administrasiyasının naziri Dr. Sadəm Kuya olub. Tədbirdə həmçinin ölkəmizin (İranın) səfirinin xanımı, mədəniyyət müşavirinin xanımı və "Cəmiyyətül-Mustafa"nın nümayəndəsinin xanımı da iştirak ediblər.
Proqramda Tanzaniya parlamentinin bir qrup üzvü, Burundinin səfirinin xanımı, Türkiyə səfirliyinin nümayəndəsi və Tanzaniyanın İslam mərkəzlərinin təmsilçiləri də iştirak ediblər.
Bu müsabiqədə ölkəmizin Mədəniyyət Müşavirliyi və "Aişə Səroro Fondu" tərəfindən birgə nəşr olunan "Quranı necə əzbərləyək?" kitabı iştirakçılara hədiyyə edilib.
Həmçinin proqramın kənarında hicabın əhəmiyyətindən bəhs edən, İslam İnqilabının şəhid liderinin hədis və çıxışlarının yer aldığı bir "Hicab sərgisi" də təşkil olunub.
4358755