“İQNA”-nın "əl-Vətən" qəzetinə istinadla verdiyi məlumata görə, bu tədbir muzeyin İslam Peyğəmbərinin (s) hicrətinin xatirəsini yad etmək üçün təşkil etdiyi mədəni və maarifləndirici proqramlar çərçivəsində həyata keçirilib. Hicri təqviminin başlanğıcı sayılan bu tarixi hadisə İslam sivilizasiyasının tarixi və kimliyində xüsusi yer tutur.
Hicri-qəməri təqvimi Peyğəmbərimizin (s) eramızın 622-ci ilində Məkkədən Mədinəyə hicrəti ilə bağlıdır; bu, müsəlmanların tarixində yeni bir fəsil açan və İslam cəmiyyəti ilə dövlətinin formalaşmasına yol açan taleyüklü bir hadisədir.
Qahirə hava limanının muzeyi bu münasibətlə hicri 954-cü (miladi 1548-ci) ilə aid qiymətli bir əlyazma Quran nüsxəsini nümayiş etdirir.
Kağız üzərində mürəkkəblə yazılmış bu müshəf incə İslam naxışları və "təzhib" (qızılı bəzək) sənəti ilə bəzədilib. Xəttat "Əhməd ibn Cəliyani"nin imzası ilə zənginləşdirilmiş bu əsər, Osmanlı dövrü İslam xəttatlığı və kitab bəzəyi sənətinin ən parlaq nümunələrindən sayılır.
Sərgi həmçinin ziyarətçilərə Qurani-Kərimin tərtib və toplanması tarixinin bir hissəsini izah edir.
Bu qiymətli Quranın nümayişi Misir muzeylərinin İslam və sivilizasiya irsini tanıtmaq istiqamətindəki mədəni və maarifləndirici rolu çərçivəsində həyata keçirilib.
Muzey rəsmiləri hesab edirlər ki, bu cür əsərlər yerli və xarici ziyarətçiləri İslam dünyasının dini, mədəni və bədii tarixinin mühüm bir hissəsi ilə tanış edə bilər.
4358903