IQNA

Nəcəfdə şəhid liderin cənazə mərasimində iştirak edən insanların sayı artmaqda davam edir

11:22 - July 08, 2026
Xəbər sayı: 3500710
İQNA – İraqın bəzi xəbər mənbələrinin ilkin məlumatlarına görə, indiyədək ümmətin şəhid rəhbərinin Nəcəfi-Əşrəfdəki cənazə mərasimində iki milyondan çox insan iştirak edib.

 

“İQNA”-nın İraqın rəsmi xəbər agentliyinə istinadən verdiyi məlumata görə, izdiham artmaqda davam edir.

Bu istiqamətdə İraqın Həşdi-Şəbi təşkilatı da bildirib ki, ümmətin şəhid rəhbəri Ayətullahul-üzma Seyid Əli Xameneinin müqəddəs cənazəsinin Nəcəfi-Əşrəf şəhərindəki dəfn mərasimində iştirak edənlərin sayı 2 milyon 300 mini keçib və İraqın hər yerindən gələn əzadarların axını ilə bu rəqəm artmaqda davam edir.

kod

Ümmətin şəhid rəhbərinin müqəddəs cənazəsinin Nəcəfdəki dəfn mərasimi Kufə körpüsündən İmam Əlinin (ə) müqəddəs hərəminə doğru başlayıb. Mərasimdə dini və sosial bağların dərinliyini nümayiş etdirən çoxsaylı insan kütləsi toplaşıb.

kod
kod

Davamında İraq xalqının Nəcəfi-Əşrəfdə İranın şəhid lideri ilə keçirdiyi əzəmətli vida mərasimindən görüntüləri izləyə bilərsiniz.

 

4362859

captcha