“İQNA”-nın xəbərinə görə, bu sənədli filmin birinci hissəsində Rusiyanın tanınmış siyasi, mədəni və dini xadimləri, iranşünaslar, yazıçılar və şərqşünaslar şəhid mücahid imam Həzrət Ayətullahul-üzma Seyid Əli Hüseyni Xameneinin şəxsiyyət xüsusiyyətləri haqqında danışıblar.
Sənədli filmin ikinci hissəsində isə onların ABŞ və sionist rejimin İrana qarşı vəhşi hücumlarındakı aşkar və gizli məqsədləri barədə baxışları araşdırılıb.
Rusiyalı rəsmilər və şəxsiyyətlər həmçinin, ümmətin şəhid imamının özünəinam, şücaət, milli həmrəylik və yerli gücə və mütəxəssislərə arxalanaraq dünyanın ən təchizatlı hərbi qüvvələrinə qarşı dayanmaq üçün silahlı qüvvələrin hazırlığının artırılmasındakı strateji rolundan danışıblar.
Müstəqil Dövlətlər Birliyi ölkələrinin İnteqrasiya Mərkəzinin rəhbəri Vladimir Yevseyev, Rusiya Dövlət Dumasının keçmiş sədr müavini və Ümumxalq Partiyasının baş katibi Sergey Baburin, Rusiya Sünni Müftilər Şurasının yüksək səviyyəli üzvü Anar Ramazanov, tanınmış rus yazıçısı Oleq Roy, Rusiyanın baş müftisinin müavini Rövşən Abbasov, Rusiya Şərqşünaslıq Mərkəzinin rəhbəri professor Əli Əkbərov, siyasi fəal və Fələstini Müdafiə Cəmiyyətinin sədri Emil Aşurov, yazıçı və jurnalist Abbas Cümə, məşhur rus filosofu və nəzəriyyəçisi Aleksandr Duqin, siyasətçi və Rusiya İctimai Palatasının keçmiş sədri Maksim Şevçenko, Volqoqrad müftisi Şeyx Kifah Məhəmməd, Moskva müftisi və Rusiya Müsəlmanlarının Dini Məclisinin rəhbəri Albir Krqanov, Rusiya Müsəlmanlarının Dini İdarəsinin Asiya bölməsinin rəhbəri Nəfiulla Aşirov və Rusiyanın İrandakı keçmiş səfiri Aleksandr Maryasov bu sənədli filmin ikinci hissəsində milli medianın kamerası qarşısında öz fikirlərini bölüşən şəxsiyyətlər sırasındadırlar.
Bu video İran İslam Respublikasının Rusiyadakı Radio və Televiziya (İBİR) ofisinin səyləri ilə hazırlanıb.
4362422