“İQNA”-nın "İnekas"ın Telegram kanalına istinadən verdiyi xəbərə görə, Beynəlxalq Quran Araşdırmaları Assosiasiyasının (IQSA) illik iclası dünyada Quran araşdırmaları sahəsində ilin ən mühüm tədbiri hesab olunur və dünyanın bir çox görkəmli Quran və İslam tədqiqatçıları bu tədbirə töhfə verirlər. Elə buna görə də, "İnekas" hər il bu iclası işıqlandırmaqla öz auditoriyasını Quran araşdırmaları sahəsində ən son və təzə dünyəvi (akademik) tədqiqatlardan xəbərdar etməyə çalışır.
Bu ilki IQSA konfransı 8-11 iyul tarixlərində Vyana Universitetində keçirilir. Tədbir 14 panel və azı 51 təqdimat formatında tamamilə əyani şəkildə baş tutur və virtual iştirak imkanı nəzərdə tutulmayıb.
4363274