“İQNA”, “24saa.com” xəbər portalına istinadən bildirir ki, bu müsabiqə Mərakeşin Vəqflər və İslam İşləri Nazirliyinin təşkilatçılığı ilə Həzrət Məhəmmədin (s) mövludu münasibətilə keçiriləcək.
Mərakeşin Vəqflər və İslam İşləri Nazirliyinin yaydığı açıqlamaya əsasən, bu Quran tədbirində ərəb, islam, Afrika, Asiya, Avropa və Amerika ölkələrindən hafizlər və qarilər iştirak edəcəklər.
Müsabiqənin açılış mərasimi 10 avqust bazar ertəsi günü yerli vaxtla saat 10:30-da Rabat şəhərində yerləşən “VI Məhəmməd” İmamlar, vaizlər və qadın-din təbliğatçılarının hazırlanması və təlimi institutunda keçiriləcək.
4363192