“İQNA”-nın “Əl-Mayadin”-ə istinadən verdiyi məlumata görə, Türkiyədəki bir məhkəmə bu gün, çərşənbə axşamı İsrail rejiminin baş naziri Binyamin Netanyahunun beynəlxalq səviyyədə həbsinə dair qərar çıxarıb.
Bu media orqanının məlumatına görə, müvəqqəti xarakter daşıyan bu qərar İstanbulun 11-ci Ağır Cəza Məhkəməsi tərəfindən Qəzzaya doğru yola düşən “Səmud donanması”-nın qarşısının alınması və ələ keçirilməsi ilə bağlı keçirilən məhkəmə prosesi çərçivəsində qəbul edilib.
Türkiyə məhkəməsinin bu qərarı Netanyahu və işğalçı rejimin digər bir neçə yüksək vəzifəli şəxsi barəsində qaldırılmış genişmiqyaslı şikayətdən irəli gəlir.
İsrail rejiminin bu rəsmisinə qarşı irəli sürülmüş ittihamların siyahısı “insanlıq əleyhinə cinayətlər”, “soyqırımı”, “qəsdən xəsarət yetirmə” və “işgəncə” kimi maddələri əhatə edir.
Bundan əlavə, verilmiş ittiham aktında təqsirləndirilən şəxslər “əmlaka ziyan vurma”, “qarət”, “nəqliyyat vasitələrinin hərəkətinə maneə törətmə”, “adam oğurluğu və ya həbs” və “şəxslərin azadlığını məhdudlaşdırma”da günahlandırılırlar.
4364077