IQNA

Qəzzadan azad edilmiş əsirin sionist cəmiyyətindəki hay-küyə səbəb olan “Quran aramlığı”

9:30 - July 19, 2026
Xəbər sayı: 3500788
İQNA – Qəzzadakı müharibədə azadlığa çıxan bir əsirin Quranla ünsiyyətini əks etdirən sənədli kadrların yayılması işğal olunmuş ərazilərdə yeni bir qalmaqala çevrilib.

 

“İQNA”-nın "Fələstin əl-An"a istinadən verdiyi məlumata görə, 471 günlük əsirlikdən sonra Qəzzadan azad edilən israilli keçmiş məhbus Emili Damarinin videosunun yayılması sionist rejiminin siyasi və ictimai dairələrində kəskin reaksiya və qəzəb dalğası yaradıb.

Damarinin dostlarından biri tərəfindən "Instagram" sosial şəbəkəsində yayılan bu videoda o, avtomobil sürərkən Qurani-Kərimin sədalarını dinləyir. Yoldaşının radionu söndürmək istəyinə baxmayaraq, Damari Quranın oxunmasına davam edilməsində israr edir və onun xoş sədasına olan marağını ifadə edərək, bunun insana rahatlıq verdiyini bildirir. Videonun fonunda Yunus surəsinin 104-cü ayəsi səslənir: "De: "Ey insanlar! Əgər mənim dinimə şübhəniz varsa, (bilin ki) mən sizin Allahdan qeyri ibadət etdiklərinizə ibadət etmirəm. Mən ancaq sizi öldürən Allaha ibadət edirəm və mənə möminlərdən olmaq əmr olunmuşdur"."

2025-ci ilin yanvar ayında Qəzzadakı müharibə zamanı əldə olunan atəşkəs razılaşması nəticəsində azad edilən Emili Damari, daha əvvəl də əsirlik dövründə Qəssam briqadalarının üzvlərinin humanist rəftarı barədə düşündürücü açıqlamalar vermişdi. O, müqavimət qüvvələrinin hətta sionist rejimin bombardmanları nəticəsində yaralandıqdan sonra belə ona göstərdikləri tibbi yardıma işarə edərək, azadlığa çıxdıqdan sonra fiziki vəziyyətinin təsəvvür edildiyindən qat-qat yaxşı olduğunu təsdiqləmişdi.

Bu videoda diqqət çəkən məqam yalnız Quran tilavəti ilə ünsiyyətlə məhdudlaşmır; Damari bu görüntülərin bir hissəsində azadlığa çıxdıqdan sonra qeyri-adi davranışlarına, o cümlədən bu bölgədən gələn səsləri eşitmək üçün tez-tez Qəzza zolağının sərhədlərinə yaxınlaşmasına işarə edir. O bildirir ki, ictimai təsəvvürün əksinə olaraq, bu səslər ona rahatlıq hissi bəxş edir.

Bu media reaksiyaları işğal olunmuş ərazilərdəki radikal cərəyanların bu yanaşmanı kəskin tənqid etdiyi və keçmiş məhbusla bağlı təhlükəsizlik tədbirləri görülməsini tələb etdiyi bir vaxtda baş verir. Bu hadisə bir daha sionist rəsmilərinin əsirlik dövrü ilə bağlı rəsmi rəvayətləri ilə məhbusların real təcrübələri arasındakı uçurumu göz önünə sərir.

kod

4364562

captcha