IQNA

Nyu-York meri: Netanyahunun Nyu-Yorkda həbs edilməsi ehtimalını araşdırırıq

9:36 - July 19, 2026
Xəbər sayı: 3500789
İQNA – Nyu-Yorkun müsəlman meri Zahran Məmdani İsrail rejiminin baş naziri Binyamin Netanyahunun bu Amerika şəhərinə səfəri zamanı həbs edilməsi ehtimalını araşdırdığını açıqlayıb.

“İQNA”-nın məlumatına görə, Nyu-Yorkun müsəlman meri Zahran Məmdani şənbə günü "New York Times" qəzetinə verdiyi müsahibədə bildirib ki, Netanyahunun sentyabr ayında BMT Baş Assambleyasına səfəri zamanı onu həbs edib-edə bilməyəcəyi ilə bağlı rəsmilərlə hələ də danışıqlar aparır.

Nyu-York meri bu Amerika nəşrinə verdiyi müsahibədə deyib: "Qanunun Nyu-York şəhərində mənə icazə verdiyi hər şeyi edəcəyik, lakin bu məqsədlə öz qanunlarımızı yazmayacağıq".

O əlavə edib ki, bu məsələ ilə bağlı Nyu-York şəhərinin hüquq idarəsi ilə "fəal danışıqlar" aparır.

İsrail rejiminin baş naziri haqqında Qəzzada törətdiyi müharibə cinayətlərinə görə həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa) işarə edən Mamdani əlavə edib: "Mən inanıram ki, baş nazir Netanyahu Haaqaya məxsusdur".

amdani qeyd edib: "O, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ittiham olunan bir müharibə cinayətkarıdır. Görəcəksiniz ki, bir çoxları məhz onun keçən illər ərzindəki əməllərinə görə bu fikirdədir".

Məmdani ötən il bələdiyyə seçkiləri kampaniyası zamanı bildirmişdi ki, polis idarəsinə Netanyahunu həbs etmək əmri verəcək. O vaxt o, İsrailin baş nazirinin Qəzza müharibəsindəki roluna görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən qərara hörmətlə yanaşacağını bildirmişdi. Məmdani və BMT komissiyası Netanyahunun Qəzzadakı cinayətlərini soyqırım kimi qiymətləndirirlər.

4364725

captcha