IQNA

Misirli əkizlərin "Dövləti Tilavət" proqramındakı heyranedici ifası

9:47 - July 19, 2026
Xəbər sayı: 3500790
İQNA – Mazen və Mahmud adlı 13 yaşlı misirli əkizlər Misirin "Dövləti Tilavət" (Tilavət dövləti) adlı Quran televiziya proqramının ikinci mövsümündə iştirak edərək münsiflər heyətini və tamaşaçıları valeh ediblər.

“İQNA”-nın "thecapital"-a istinadən verdiyi məlumata görə, onların səs və ahəng (ləhn) üzərində tam hakimiyyətlə, həmçinin düzgün təcvidlə icra etdikləri xüsusi tilavət, bu iki misirli qardaşın illərlə davam edən birgə əzbərləmə və məşqlərinin nəticəsi idi.

Onların diqqət çəkən əsas xüsusiyyəti təkcə səslərinin gözəlliyi ilə məhdudlaşmırdı; onlar öz çıxışlarında elə bir heyrətamiz ahəng nümayiş etdirdilər ki, sanki Qurani-Kərimi tək bir səslə tilavət edirdilər.

Həmçinin təcvid qaydalarına ciddi riayət etmələri və Quranı gözəl oxumaları (hüsni-tərtil) tamaşaçılar tərəfindən geniş şəkildə alqışlandı.

Bu əkizlərin "Dövləti Tilavət"də iştirakı, ailənin Qurani-Kərimə məhəbbətin aşılanmasındakı ilhamverici rolunun bariz nümunəsidir.

Onların fasiləsiz təlimi və tilavəti öyrənməkdə bir-biriləri ilə həmahəng olmaları ifalarının keyfiyyətinə ciddi təsir göstərib. Bu, həm də belə bir mesajı ötürür ki, istedad dəstəklə çiçəklənir və qardaşlıq Allahın kitabının əzbərlənməsi və təcvidlə tilavət edilməsində uğurlu bir əməkdaşlığa çevrilə bilər.

"Dövləti Tilavət" proqramının ikinci mövsümü Misirin müxtəlif əyalətlərindən istedadlı qariləri kəşf etməyə və yetişdirməyə davam edir. Bu proqram Vəqflər Nazirliyi və "əl-Mütəhhidə" media xidmətləri şirkətinin əməkdaşlığı ilə, Quran hafizlərinə dəstək olmaq və təcvid qaydalarına uyğun düzgün oxu mədəniyyətini təbliğ etmək məqsədilə istehsal olunur.

Ötən il "Dövləti Tilavət" istedadları və fərqli tilavət sahiblərini müəyyən etmək məqsədilə həyata keçirilib və "əl-Həyat", "CBC", "ən-Nas", "Misr Qurani-Kərim" telekanalları və "watch it" platforması vasitəsilə yayımlanıb.

4364673

captcha