“İQNA”, "Axbarul-Yəvm"ə istinadən xəbər verilir ki, proqramın bu buraxılışında dini anlayışları uşaqlar üçün sadələşdirmək məqsədilə "Qurani-Kərimdən hekayələr" adlı bölmə təqdim olunub. Bu hissədə Həzrət Süleymanın (ə) hekayəsinə və sehrbazlıqla bağlı məfhumlara toxunulub.
Həmçinin proqramda ötən buraxılışda nümayiş olunan Qarunun hekayəsi xatırladılaraq, onun günah və təkəbbür nəticəsində sonda yer tərəfindən udulması ilə nəticələnən aqibəti vasitəsilə təkəbbürün təhlükələri və Allahın nemətlərinə şükr etməməyin fəsadları izah edilib.
"Nas" telekanalının proqramı həmçinin "Əl-Əzhər şeyxinin uşaqlara mesajları" adlı hissədə Həzrəti Məhəmmədi (s) təkcə zahiri görünüşdə deyil, şəxsiyyət və davranışda da örnək götürməyin vacibliyini vurğulayıb və Ali-İmran surəsinin 31-ci ayəsinə istinad edib: "De: Əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin".
"Nur" proqramı rəhmət, düzgünlük və təvazökarlıq dəyərlərinə xüsusi diqqət yetirərək, "Səhabələr dövründə peşələr" bölməsində İslamın ilk dövrlərindəki mühüm peşələrdən nümunələr araşdırıb.
Bu bölmədə Ənfal surəsinin 60-cı ayəsinə – "Onlara qarşı gücünüz çatdığı qədər qüvvə hazırlayın" – istinad edilərək əmək və məhsuldarlığın əhəmiyyəti vurğulanıb; Peyğəmbərin (s) səhabələrindən olan Səd ibn Əbu Vaqqasın oxatma və ox istehsalı bacarıqlarına, habelə Nofəl ibn Harisin nizə istehsalındakı roluna diqqət çəkilib.
Proqramın bu buraxılışı "Özün düzəlt" və "Dostların istedadları" kimi bədii və yaradıcı bölmələrlə yanaşı, Cühanın hekayələrindən (ərəb folkloruna aid hekayələr silsiləsi) səsli bir hekayəni də əhatə edib.
Həmçinin düzgünlük, əməyin dəyəri və ixlas mesajlarını ötürən "Zümrüd ölkəsi" adlı hekayədə nemətləri israf etmək əvəzinə, onlardan düzgün istifadə etməyin vacibliyi vurğulanıb.
4364649