“İQNA”-nın "əl-Ərəbi"-yə istinadən verdiyi məlumata görə, səkkiz ərəb və İslam ölkəsi cümə axşamı günü yaydıqları birgə bəyanatda bildiriblər ki, sionist rejimin Qəzzə zolağında davam edən təcavüzkar hərəkətləri, bu rejimin Qəzzədə atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərin açıq-aşkar pozulmasıdır.
Bəyanatda həmçinin yəhudi məskunlaşanların hücumları və İordan çayının qərb sahilində qanunsuz məskunlaşma fəaliyyətlərinin genişləndirilməsi qınanılıb.
Qətər, İordaniya, Pakistan, İndoneziya, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir bu birgə bəyanatı imzalayan ölkələrdir.
Bu ölkələrin xarici işlər nazirləri vurğulayıblar ki, işğal olunmuş Fələstin torpaqlarının ilhaqına yönəlmiş hər hansı cəhd rədd edilir və beynəlxalq ictimaiyyət bu addımlara qarşı reaksiya verməlidir.
Bu bəyanat işğal olunmuş Fələstin ərazilərində gərginliyin artdığı və bu hadisələrin təhlükəsizlik və humanitar nəticələri ilə bağlı narahatlıqların davam etdiyi bir vaxtda yayımlanıb.
4368336