“İQNA”, "Saudi Gazette" nəşrinə istinadən xəbər verir ki, Qurani-Kərimin əzbərlənməsi, qiraəti və təfsiri üzrə 46-cı Beynəlxalq "Kral Əbdüləziz" Yarışması cümə axşamı Məkkədə başlayıb.
Rəbiüləvvəl ayının 6-dək (avqustun 19) davam edəcək yarışmada 133 ölkədən ümumilikdə 334 kişi və qadın iştirakçı qatılıb ki, bu da müsabiqə tarixində indiyədək qeydə alınan ən böyük iştirakçı sayıdır.
Yarışmanın məqsədi "müsəlman gəncləri Qurani-Kərimi əzbərləməyə, anlamağa və onun üzərində düşünməyə təşviq etmək, eləcə də ədalətli rəqabət mühiti yaratmaqdır".
Beş kateqoriyadan ibarət olan müsabiqənin ümumi mükafat fondu 10 milyon 260 min Səudiyyə rialı təşkil edir ki, bu da müsabiqənin təsis edildiyi vaxtdan bəri ən yüksək məbləğdir.
4368375