IQNA

10:32 - August 11, 2026
Xəbər sayı: 3500939

Məkkə muzeyində hicri təqvimi ilə XII əsrə aid Quran nümayiş etdirilir

İQNA – Məkkədəki Hira mədəniyyət məhəlləsində yerləşən "Qurani-Kərim" muzeyi, təxminən hicri XII əsrə (miladi XVIII əsr) aid olan Quranın nadir və qiymətli bir nüsxəsini nümayişə çıxarıb.

"İQNA"-nın Səudiyyə Ərəbistanının xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu nüsxə müsəlmanların Qurani-Kərimin köçürülməsi və bəzədilməsinə olan diqqətini, eləcə də hicri XII əsrdə İslam xəttatlığı və təzhib (qızılı naxışlarla bəzəmə) sənətinin çiçəklənməsini nümayiş etdirir.

Kral Əbdüləziz kitabxanasında mühafizə olunan bu Quran, qara mürəkkəblə "sülüs", "reyhani" və "nəsx" xətlərinin qarışığı ilə yazılmışdır və katibin İslam xəttatlığının müxtəlif üslublarından istifadə etməkdəki məharətini göstərir.

Quran tam şəkildə hərəkələrlə yazılmış və onun ilk səhifələri bitki motivləri və sənətkarane təzhiblərlə bəzədilmişdir. Həmçinin, ayə fasilələri qızılı dairələrlə qeyd olunmuşdur ki, bu da funksional rolu ilə yanaşı, səhifələrə estetik gözəllik qatır.

Bu nüsxəyə "Fatihə", "Ənam", "Kəhf", "Səba", "Fatir", "Yasin", "Fəth", "Vaqiə", "Mülk", "Nəbə" və "İxlas" kimi seçilmiş surələr daxildir və surələrin düzülüşü baxımından xüsusi bir özəlliyə malikdir.

Bu əsərin "Qurani-Kərim" muzeyində nümayişi ziyarətçilər üçün Quranın əlyazma nüsxələri tarixi, xəttatlıq üsulları, təzhib sənəti və İslam mədəniyyətində Qurani-Kərimin uca mövqeyi ilə tanış olmaq üçün bir fürsət yaradır, həmçinin müsəlmanların Allahın kitabına xidmətdə göstərdikləri bədii irsi nümayiş etdirir.

4369073

Teqlər: məkkə ، muzey ، quran ، nadir nüsxə
captcha