IQNA

13:46 - August 23, 2026
Xəbər sayı: 3501021

Britaniyada xalqın Fələstinə dəstək aksiyası

İQNA – Fələstinin yüzlərlə tərəfdarı İngiltərənin Mançester şəhərində toplaşaraq Qəzza zolağında dərhal atəşkəsin elan olunmasını və Britaniya hökumətinin sionist rejimə verdiyi dəstəyin dayandırılmasını tələb ediblər.

 

"İQNA"-nın "JBC Press" saytına istinadən verdiyi məlumata görə, İngiltərənin şimalındakı "Preston" Kral Məhkəməsinin qarşısında toplaşan yüzlərlə insan Fələstinə dəstək nümayiş etdiriblər. Onlar "Barklays" bankının İsrailin "Elbit Systems" silah şirkəti ilə maliyyə əlaqələrinə etiraz etdikləri üçün mühakimə olunan beş fələstinli fəalla həmrəylik nümayiş etdiriblər.

Həmçinin Londondakı sionist rejimin səfirliyi qarşısında da etirazçılar Fələstinə və Qəzza xalqına dəstək məqsədilə toplaşaraq, hücumların dayandırılmasını və bu bölgənin mühasirəsinə son qoyulmasını tələb ediblər.

kod

Bundan əlavə, Cənubi Koreyanın paytaxtı Seulda yüzlərlə fəal və vətəndaş yağış altında yürüş keçirərək Fələstin xalqına və Qəzzalı uşaqlara dəstəklərini ifadə edib, müharibənin və sionist rejimin Qəzza zolağında törətdiyi soyqırımın dayandırılmasını tələb ediblər.

Yürüş iştirakçıları Fələstin bayraqlarını qaldıraraq "Qəzza tək deyil, soyqırımı dayandırın" kimi şüarlar səsləndirib, Fələstin xalqı ilə həmrəy olduqlarını və Qəzzalı uşaqların təhlükəsizlik və sülh içində yaşamaq hüququnu vurğulayıblar.

Yağışlı havaya baxmayaraq keçirilən bu nümayişdə iştirakçılar Qəzza zolağında fələstinlilərə qarşı hücumların və qırğınların sona çatmasını tələb ediblər.

4371337

Teqlər: britaniya ، fələstin ، dəstək ، aksiya
captcha