IQNA

Misirin sələfiləri "anti-şiə" sənədli filmi çəkdilər

9:33 - March 09, 2014
Xəbər sayı: 1384536
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "Şəfəqna"ya (Beynəlxalq Şiə Xəbər Agentlikləri Həmkarlığı) istinadən verdiyi xəbərə görə Misirin "Səhabənin və Əhl-Beytin nəvələri" adlı vəhabilərdən təşkil olunmuş koalisiyası öz anti-şiə fəaliyyətlərinin yönündə ilk dəfə olaraq "Şiə məzhəbinə bir baxış" adlı anti-şiə bir sənədli film hazırlayıblar.

Misir çapı olan "əl-yəvmus-sabe" qəzetinin rəsmi saytının yazdığı xəbərə əsasən "Səhabənin və Əhl-Beytin nəvələri" adlı vəhabilərdən təşkil olunmuş koalisiya hazırladığı bu anti – şiə film şiəliyin Misirdə çoxalması və şiələrin əhli-sünnənin müxalifi olması barədə məsələləri önə çəkərək şiəlik təhlükəsi barədə xəbərdarlıq edir.
Nasir Rizvan - "Səhabənin və Əhl-Beytin nəvələri" adlı vəhabilərdən təşkil olunmuş koalisiyanın təsisçisi, bu barədə iddi edir: "Dünyada müxtəlif ölkələrdə yaşayan şiələr yaşadıqları ölkəyə qarşı vəfalı və sadiq deyildir, onlar İrana bağlı və İran dövlətinə sadiq və vəfalıdırlar. Bu filmdə gördüyümüz səhnələr bizə bu hadisələrin Misirdə təkrarlanmaması haqqında ciddi xəbərdarlıq edir".
O iddi edib ki, Misir şiələri "təqiyyə"dən danışdıqlarına baxmayaraq öz əqidələrinin əksinə əməl edirlər. Bu kadrlar bizə ögstərir ki, şiələr qüdrəti ələ keçirərlərsə nələr edəcəklər!

68130

captcha