İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-mənar"ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Livan Hizbullahının baş katibi seyid Həsən Nəsrullah şənbə günü mart ayının 29-da günortadan sonra Livanın cənubunda yerləşən "Eynasa" şərəhciyində "Cəbəl-Amul" ədəbi-mədəni toplantısı və "Qələbə" teatr salonunun açılış mərasimində Livanın əl-Minar telekanalından birbaşa yayımlanan video-konfrans vasitəsi ilə çıxışında xatırladıb: "Livan xalqının əksəriyyəti qanuni zamanda yeni prezidentin seçilməsini istəyir və buna əsasən müqavimət müdafiə strategiyası və digər məsələlərin araşdırılması barəsində dialoqlarda iştirak edir".
Seyid Həsən Nəsrullah həmçinin Livanın müxtəlif bölgələri, xüsusilə də Trablos və Bəaqda təhlükəsizlik problemlərinin həlli üçün əməkdaşlığın vacibliyini vurğulayıb və bir-birlərinə qarşı ittiham irəli sürülmədən yeni prezidentin seçilməsini istəyib.
Müqavimətin heç bir tərəfin kənara qoyulmasını istəmədiyini bəyan edən Hizbullahın baş katibi deyib: "Hazırda Livanda stabillik üçün fürsət yaranmışdır və regiondakı vəziyyəti gözləməməliyik".
Seyid Həsən Nəsrullah həmçinin deyib: "Sionist rejim ən böyük problemdir. Lakin bəziləri özlərini bu problemi görməməzliyə vurmağa çalışırlar".
Müqavimətin hər bir təcavüzə möhkəm reaksiya verəcəyini qeyd edən Livan Hizbullahının baş katibi söyləyib: "Region xalqları, xüsusilə də Livan xalqının yeganə seçimi müqavimətdir".
Seyid Həsən Nəsrullah Suriya böhranına da münasibət bildirib: Suriya müharibəsi elə bir mərhələyə çatdı ki, regional və beynəlxalq müdaxilələrdən qaynaqlandı və müqavimətə və Suriyadakı iştirakına heç bir əlaqəsi yox idi.
Livan Hizbullahının baş katibi bildirib: Müqavimət Suriya böhranının əvvəlindən onun diplomatik yolla həll olunmasını vurğulamışdır. Lakin ərəb qrupları Suriyada quruluşun devrilməsini istəyirdi.